Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:57

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar elan edir


-

İyulun 16-da Birləşmiş Ştatlar və Avropa Birliyi Ukrayna hadisələrinə görə Rusiyaya qarşı sanksiyaları gücləndirib.

Vaşinqton ilk dəfə olaraq Rusiyanın bank, hərbi və enerji sektorlarını hədəfləyən sanksiyalar qoyub.

ABŞ Prezidenti yeni sanksiyaları elan edib, onları Rusiyanın Ukraynanın şərqində gərginliyi azaltmaq üçün konkret addım atmaması ilə əlaqələndirib.

Avropa Birliyi liderləri də Rusiyaya sanksiyaları genişləndirməyə razılaşıblar. Ukraynanın suverenliyinə zərbə vuran şirkətlər siyahıya alınacaq, iyulun sonunadək aktivləri dondurulan şirkət və şəxslərin siyahısı hazırlanacaq.

AB liderləri həm də Avropa İnvestisiya Bankından xahiş edəcək ki, Rusiyaya yeni kredit ayırmasın, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankı Rusiyaya yeni krediti dayandırsın.

RUSİYAYA QARŞI ARTAN SANKSİYALAR

​ABŞ Maliyyə nazirliyinin saytında yeni sanksiyaların tətbiq olunduğu şirkətlərin və şəxslərin geniş siyahısı dərc olunub. Onların arasında «Qazprombank», «Vneşekonombank», «Rosneft», «Novatek», «Bazalt», «Kalashnikov», «Almaz-Antey» kimi nəhəng şirkətlər və banklar var.

Bundan əlavə, Ukraynada elan olunan separatçı qurumlar və onların liderləri, habelə Krımda fəaliyyət göstərən şirkətlər, Krımın fəaliyyətinə cəlb olunan Moskva məmurlarına da qarşı sanksiyalar nəzərdə tutulur. Qərara əsasən, «qara siyahıdakı» şirkət və şəxslərin ABŞ ərazisindəki bütün aktivləri dondurulur, onlarla əməkdaşlıq ABŞ vətəndaşlarına qadağan edilir.

İyulun 16-da Ağ evdə çıxış edən ABŞ prezidenti Barack Obama Rusiyanın Ukrayna ilə bağlı siyasətini tənqid edib. Ukrayna sərhədində gərginliyə son qoymaq haqda vədlər verən Rusiyanın sözünün üstündə durmadığını, əslində isə Ukraynanın suverenliyini pozduğunu və separatçıları dəstəklədiyini bildirib.

UKRAYNA HADİSƏLƏRİNİ BİZİM CANLI BLQODA İZLƏ

XS
SM
MD
LG