Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:51

Şəki Bakıdan kömək gözləyir


Təbii fəlakət zamanı əhalinin təsərrüfatına ciddi ziyan dəydiyi bildirilir
Təbii fəlakət zamanı əhalinin təsərrüfatına ciddi ziyan dəydiyi bildirilir

İyulun 31-dək yağış yağacağını bildirən sinoptiklər təkrar daşqının ola biləcəyini istisna etmirlər. İyulun 29-da Şəkiyə yağan leysan yağışdan sonra Kiş çayı məcrasından çıxıb, bəzi kəndləri və şəhər küçələrini su basıb, elektrik və rabitə dirəkləri sıradan çıxıb, İsmayıllı-Qarməryəm magistralının su altında qalmaq təhlükəsi yaranıb. Hələlik rayonda elektrik verilməsi bərpa olunmayıb, şəhərdə su çatışmazlığı var.


Şəki rayon İcra Hakimiyyəti Mülki Müdafiə Qərargahının rəisi Valeh Ələsgərovun sözlərinə görə, Kiş çayını məcrasına qaytarmaq hələlik mümkün deyil. Amma iyulun 30-da artıq Kiş çayında suyun səviyyəsi azaldığından, bəndlər qurulmağa başlanılıb. Valeh Ələsgərov deyir ki, Şəki yaranmış vəziyyətdən çıxmaq üçün Bakıdan kömək gözləyir.


«Hazırda təhlükə yoxdur. Bəndlər qurulur. Amma texnika bol olsa, vəsait olsa daha çox iş görə bilərik. Texnika çatışmazlığı var. Daxili imkanlar hesabına birtəhər çalışırıq. Kömək gözləyirik».


Valeh Ələsgərov təbii fəlakət zamanı insan tələfatı olmadığını, amma rayonun və əhalinin təsərrüfatına ciddi ziyan dəydiyini bildirir. Yağış davam etdiyindən və bəzi kəndlərlə əlaqələr kəsildiyindən dəyən ziyanı dəqiq hesablamaq mümkün olmayıb.


Sinoptiklər iyulun 31-dək yağış yağacağını bildirirlər.


XS
SM
MD
LG