Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 14:41

Təbii fəlakət Şəkiyə 2 milyon AZN ziyan vurub


Təbii fəlakətdən zərər çəkən əhaliyə isə kompensasiya ödənilib-ödənilməməsi məsələsi hələlik açıq qalıb, 30 İyul 2006
Təbii fəlakətdən zərər çəkən əhaliyə isə kompensasiya ödənilib-ödənilməməsi məsələsi hələlik açıq qalıb, 30 İyul 2006

Şəki rayonunun Qoxmuq kəndinin 100-ə yaxın sakini mənzillərindən köçürülüb. Rayon İcra Hakimiyyəti Mülki Müdafiə Qərargahının rəisi Valeh Ələsgərovun sözlərinə görə, təbii fəlakət 16 mənzilli 2 mərtəbəli binaya ciddi ziyan vurduğundan orda yaşamaq təhlükəli olub və buna görə də sakinlərə binanı boşaltmaq tapşırılıb. Binanın sonrakı taleyini ekspertlər müəyyənləşdirəcək: o ya söküləcək ya da bərpa ediləcək. Şəkinin içməli su probleminin həllinə gəlincə, cənab Ələkbərov deyir ki, hazırda 10-a yaxın maşın əhalinin ehtiyacını ödəmək üçün su daşıyır.


Nazirlər Kabinetinin mütəxəssisləri iyulun 29-da baş verən təbii fəlakətin Şəkiyə vurduğu ziyanı ilkin olaraq 2 milyon AZN məbləğində qiymətləndirib. Təbii fəlakətdən zərər çəkən əhaliyə isə kompensasiya ödənilib-ödənilməməsi məsələsi hələlik açıq qalıb.



XS
SM
MD
LG