Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:32

Politoloq Arif Yunus həbs olundu


Arif Yunus: "Leylanı da həbs edəcəklər, məni də"
Gözlə

No media source currently available

0:00 0:05:44 0:00

Arif Yunus: «Leylanı da həbs edəcəklər, məni də»

-

Bu haqda AzadlıqRadiosuna vəkil Xalid Bağırov məlumat verib.

Vəkilin dediyinə görə, o, Kürdəxanı təcridxanasına, həyat yoldaşı Leyla Yunusa dərman apararkən yolda saxlanıb:

«Buna saxlamaq yox, əslində oğurlamaq demək olar. Arif Yunus mənə zəng etdi ki, məni aparırlar. Düşündüm ki, polis nəzarətindədir deyə, buna görədir. Bir saat sonra telefonlarına zəng çatmadı. Sonra özü zəng vurub dedi ki, prokurorluqdayam və məni məhkəməyə aparırlar. Sonradan məlum oldu ki, onun ev dustaqlığının həbs qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı sanksiya tətbiq olunub. İndi məhkəməyə gedirəm».

İyulun 31-də hüquq müdafiəçisi Leyla Yunus barəsində vətənə xəyanət və başqa 5 ittihamla 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Onun həyat yoldaşı Arif Yunusa da oxşar ittihamlar irəli sürülüb.

BAŞ PROKURORLUĞUN MƏLUMATI

Baş prokurorluq ictimai fəal Arif Yunus barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirildiyini və onun həbs edildiyini bildirir.

Respublika prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Arif Yunus «qətimkan tədbirinin şərtlərini müəyyən edən və ona elan olunmuş cinayət-prosessual qanunvericiliyin tələblərinin pozuntusu hallarına yol verib».

Arif Yunus yaşadığı rayon ərazisini müvafiq icazə olmadan dəfələrlə tərk etməkdə təqsirli bilinir. O, «cinayət işi üzrə cinayət təqibinə məruz qalan və ya qala biləcək maraqlı şəxslərlə görüşləri, internet yazışmaları, kütləvi informasiya vasitələri və xəbər saytlarında dərc olunan müsahibələri ilə birtərəfli, yanlış məlumatlar verməkdə» də günahlandırılır.

Prokurorluğun məlumatında o da vurğulanır ki, polisin müvafiq əməkdaşı dəfələrlə Arif Yunusun yaşadığı mənzilə gəlsə də, onu evdə tapmayıb:

«Eləcə də müəyyən edilmiş cədvəl üzrə polis orqanına gəlmə qrafikinə əməl etməyərək çağırışlara vaxtında gəlməməyi müəyyənləşdirilib».

XS
SM
MD
LG