Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 21:43

NATO Rusiyanın Ukraynaya müdaxiləsinin fotolarını açıqlayıb


Rusiyanın özüyeriyən uzaqvuran topları Ukrayna ərazisində (Digital Globe-un çəkib NATO-nun yaydığı peyk fotoları)
Rusiyanın özüyeriyən uzaqvuran topları Ukrayna ərazisində (Digital Globe-un çəkib NATO-nun yaydığı peyk fotoları)

_
Rusiyanın Ukraynaya birbaşa hərbi müdaxiləsi barədə iddia və xəbərlərin ardınca BMT, NATO və Avropa İttifaqının fövqəladə iclasları çağırılıb.

NATO öz kəşfiyyat mənbələrinə istinadən bildirir ki, Ukrayna ərazisində minədək Rusiya əsgəri döyüşür.

Ukraynada yaranmış vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilir.

NATO və Avropa İttifaqının rəhbərləri cümə günü fövqəladə iclasların keçirləcəyini elan ediblər.

Bu arada NATO Rusiya zirehli maşınlarının və artilleriyasının Ukraynanın sərhədini keçdiyini göstərən peyk fotolarını açıqlayıb. Bu fotolarda Rusiyanın mobil artilliya qurğularının (SAU - özüyeriyən artilleriya) sərhədi keçdiyi görünür.

Rusiya qoşunları Ukrayna şəhərini alıblar

Ukrayna hökuməti bildirir ki, separatçı qüvvələrin Novoazovks şəhərini ələ keçirmələri məhz Rusiya hərbiyyəsinin birbaşa müdaxiləsi nəticəsində mümkün olub.

Qərb liderləri baş verənlərlə əlaqədar Rusiya prezidenti Vladimir Putinə qəti xəbərdarlıq ediblər.

MERKEL...

Almaniya kansleri Angela Merkel bildirib ki, Avropa İttifaqı bu həftəsonu keçiriləcək sammitində Rusiyaya qarşı yeni və daha sərt sanksiyalarını müzakirə edəcək.

Xanım Merkel bildirib ki, Rusiya əsgərlərinin Ukraynaya müdaxilə etdiyinə dair çox sayda xəbərlər alınır və indiyədək sakitlik olan ərazilərdə qiymaçıların hücumları başlanıb.

Almaniya kansleri xatırladıb ki, Rusiyaya Ukraynadakı vəziyyəti qızışdırmaqda davam edərsə, ona qarşı ən sərt sanksiyalara əl atılacağı barədə hələ mart ayında xəbərdarlıq verilmişdi.

OBAMA...

Rusiyanın Ukraynaya "davam edən müdaxiləsi" ancaq Moskvanın yeni itkiləri ilə nəticələnəcək. Bu fikri Vaşinqtonda Ağ Ev Ukraynada baş verənlərə münasibətini bildirən ABŞ preizdenti səsləndirib. Barack Obama Ukraynadakı vəziyyətin monitorinqinin davam etdiriləcəyini desə də, hər hansı hərbi tədbirə əl atılacağını istisna edib.

Prezident Obama deyib kİ, Almaniya kansleri Angela Merkellə telefon söhbəti edib və onlar Ukraynadakı zorakılığı Rusiyanın qızışdırdığı barədə yekun nəticəyə gəliblər.

Obama deyib ki, Rusiya hazırda onsuz da Soyuq müharibədən bəri ən təcrid olunmuş vəziyyətindədir.

Obama Poroshenko-nu Ağ Evə dəvət edib

ABŞ prezidenti bildirib ki, Ukrayna başçısı Petro Poroshenko-nu gələn ay Ağ Evdə salamlamağa hazırlaşır.

NATO...

Öz növbəsində NATO-nun gələn həftə Britaniyada keçiriləcək sammitində Ukraynadakı vəziyyət müzakirə ediləcək.

BMT-nin baş katibi Ban Ki-moon deyib ki, beynəlxalq birlik vəziyyətin bundan sonra da gərginləşməkdə davam etməsinə yol verə bilməz.

CAMEROON...

Britaniyanın baş naziri David Cameron bildirib kİ, Rusiya hazırkı mövqeyindən geri çəkilməzsə, çox ciddi nəticələrlə üzləşə bilər.

Qərb ölkələrinin Moskvanın üzərinə indiyədək qoyduğu sanksiyalar artıq Rusiya iqtisadiyyatında ciddi hiss olunmağa başlayıb.

Rusiyada insan haqları qrupları Ukraynada 100-dək Rusiya əsgərinin öldürüldüyü barədə məlumat yayıb. Bu xəbər müstəqil mənbələr tərəfindən hələlik təsdiq edilməyib.

BMT TŞ-də ABŞ-Rusiya söz atışması

Bu saatlarda BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası davam edir.

Amerika Birləşmiş Ştatlarının BMT-dəki nümayəndəsi Samantha Power deyib ki, Rusiya qoşunları Ukraynadadır və Rusiya Ukrayna sərhədinə may ayından bəri çox sayda canlı qüvvə və texnika toplayıb.

“Rusiya yalan danışmaqdan əl çəkməli və münaqişəni qızışdırmağı dayandırmalıdır” – deyib ABŞ nümayəndəsi.

Samantha Power Avropa ölkələrini Rusiya üzərinə daha ağır sanksiyalar qoymağa çağırıb.

“Bu təhlükənin qarşısında hərəkətsizlik yolverilməzdir” – deyib xanım Power.

Rusiyanın BMT-dəki nümayəndəsi Vitaly Churkin ittihamlara cavab olaraq deyib ki, Ukraynadakı gərginlik Kiyev rejiminin öz xalqına qarşı apardığı müharibədən qaynaqlanır.

O Birləşmiş Ştatları suveren ölkələrin daxili işlərinə qarışmamağa çağırıb.

UKRAYNA XƏBƏRLƏRİNİ DAİM YENİLƏNƏN CANLI BLOQDA İZLƏ

XS
SM
MD
LG