Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:20

Ukrayna böhranı (3-6 sentyabr)

Ukraynanın şərqindəki müharibə yeni fazaya daxil olur. 3 ay əvvəl separatçılar Ukrayna ordusuna qarşı Sovet dövründən qalma köhnə silahlarla döyüşürdülərsə, indi artıq onların əlində müasir silahlar və hərbi texnika var.

ƏVVƏLKİ GÜNLƏRİN XRONİKASINI BURADA OXU

UKRAYNA HAQDA BÜTÜN XƏBƏRLƏRİ BURADA OXU

Donbass mühasribəsində təşəbbüs Ukrayna silahlı qüvvələrinə qarşı döyüşən Rusiyameylli yaraqlıların əlinə keçib. İlovaysk ətrafında Ukraynalılara sarsıdıcı zərbələr vurandan sonra onlar uğurlarını bərkitmək üçün digər istiqamətlərdə də hücuma keçiblər. Luqansk aeroportu separatçıların əlində keçib. Donetsk aeroportu uğrunda gedən döyüşlərin nəticəsi haqda ziddiyyətli məlumatlar gəlir. Reuters həmin ərazidə tərk edilmiş Ukrayna mövqelərinin görüntülərni yaysa da, Kiyev aeroportun hələ də Ukrayna ordusunun əlində olduğunu iddia edir.

Eyni zamanda Rusiya və Ukrayna prezidentləri Donbassda atəşkəsin əldə olunması üzrə danışıblar. Separatçıların düşərgəsindən bu danışıqlara münasibətdə çalışırlar qeyd etsinlər ki, münaqişənin içtirakçıları Kiyev və Moskva deyil, Kiyev və Donetsk-Luqansk-dır.

Ukrayna tərəfi separatçıların tərəfində nizami Rusiya qoşunlarının döyüşdüyünü bəyan edərək, Donbassda baş verənlərin artıq "antiterror" əməliyyatı deyil, Rusiya ilə müharibə olduğunu bildirir. Moskva bu ittihamları rədd edir.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

17:49 3.9.2014

Poroshenko, Putin, atəşkəs...

Bu əl sıxma bütün dünyanın diqqətini cəlb edir
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00


Ukrayna və Rusiya prezidentləri telefonla danışıb Donbassdakı vəziyyəti müzakirə ediblər. Ətraflı burada oxu

18:03 3.9.2014

HƏRB VƏ ...PUL

Avropadan Ukraynaya qaz kəmərləri açılıb
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00


Beynəlxalq Valyuta Fondu bəyan edib ki, Donbassda hərbi əməliyyatlar davam etsə, Ukraynaya 19 milyard dollar tələb olunacaq. Ətraflı burada oxu

19:51 3.9.2014

Ukrayna Rusiyadan belə müdafiə olunmaq istəyir

Rostov vilayətinin Krasnodarovka kəndindəki hərbi karvan. Karvanın üzü Ukrayna tərəfədir. Onlar qonşu dövlətin sərhəddini keçib separatçılara qoşulmaq istəsələr, qarşılarında heç bir maneə olmayacaq. Ukrayna Rusiyanı məhz bunda ittiham edir - sərhəddlərin şəffaf olmağı səbəbindən öz qoşunlarını Donetsk separatçılarına köməyə göndərməkdə
Rostov vilayətinin Krasnodarovka kəndindəki hərbi karvan. Karvanın üzü Ukrayna tərəfədir. Onlar qonşu dövlətin sərhəddini keçib separatçılara qoşulmaq istəsələr, qarşılarında heç bir maneə olmayacaq. Ukrayna Rusiyanı məhz bunda ittiham edir - sərhəddlərin şəffaf olmağı səbəbindən öz qoşunlarını Donetsk separatçılarına köməyə göndərməkdə

Ukrayna hökuməti Rusiya ilə sərhəddə xüsisi tikinti işlərinə başlayıb. Bu haqda baş nazir Arseniy Yatsenyuk kabinetin iclasında bildirib. “Biz “Divar” layihəsinin reallaşdırılmasına başlayırıq. Bu, Ukrayna ilə Rusiya Federasiyası arasında real dövlət sərhəddinin tikintisindən gedir”, - deyə Yatsenyuk bildirib.

Bir müddət əvvəl Ukrayna oliqarxı, Dnepropetrovsk vilayətinin qubernatoru İgor Kolomoysky belə bir təşəbbüslə çıxış edərək sərhəd qurğularının mühəndis planlarını Ukrayna prezident administrasiyasına təqdim edərək, tikinti ilə bağlı xərclərin də öz üzərinə götürməyə hazır olduğunu bəyan etmişdi.

AzadliqRadiosu Rusiya xidməti xəbər verir ki, söhbət 2 min kilometrlik sərhəd zolağında quraşdırılacaq metal səddlərdən gedir. Hündürlüyü 2 metr olan bu metal barmaqlıqların üstündə tikanlı məftillər quraşdırılması və ora elektrik cərəyanının verilməsi nəzərdə tutulur.

Davamı

XS
SM
MD
LG