Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:34

İntiqam Əliyevə aparılan sovqat və pul geri qaytarılıb


Intiqam Əliyev, 2012
Intiqam Əliyev, 2012

-

Həbsdə olan vəkil İntiqam Əliyevə aparılan sovqat və pul geri qaytarılıb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Anar Qasımlı məlumat verib. O bildirib ki, senyabrın 13-də İntiqam Əiyevin oğlu ilə birgə ona baş çəkiblər:

“Hər dəfə oğlu da mənimlə gəlir, yemək gətirir. Biz İntiqam müəllimlə içəridə söbhət edəndə qəbul edilən ərzaqların adı olan siyahıya “məhsulları aldım” deyə imza atdırırdılar. Bu dəfə olmadı. Şübhələndik. Mən bayıra çıxanda oğlu dedi ki, şəxsiyyət vəsiqəsi üstündə olmadığından gətirilən sovqatı qəbul etməyiblər. Bu yanaşma doğru deyil. Oğlu hər dəfə ona sovqat gətirir. Artıq onun şəxsiyyət vəşiqəsinin sürəti onlarda var.”

Anar Qasımlı bildirdi ki, İntiqam Əliyevin əmisi oğlunun şəxsiyyət vəsiqəsi ilə də sovqatı qəbul etmədilər:

“Əmisi oğlu da bir neçə dəfə ona yemək gətirib qəbul ediblər. Ancaq bu dəfə onun şəxsiyyət vəsiqəsi ilə də qəbul etmədilər. Ötən dəfə də pulu geri qaytardılar ki, vəkil gətirsin. Bu dəfə mən apardım. Yenə də buraxmadılar pulu.”

"Ən çox senzuraya məruz qalan siyasi məhbusdur"

Anar Qasımlı Bakı İstintaq Təcridxanasının İntiqam Əliyevə qərəzli yanaşıldığını bildirir:

Çexiya - İntiqam Əliyevə (sağda) hüquq müdafiəçiliyi fəaliyyətinə görə mükafat verilir, Praqa, 4 may 2013
Çexiya - İntiqam Əliyevə (sağda) hüquq müdafiəçiliyi fəaliyyətinə görə mükafat verilir, Praqa, 4 may 2013

“İntiqam Əliyev penitensiar xidmətin rəisi Mədət Quliyevə təcridxanadakı nöqsanlar və təkliflərlə bağlı məktub yazıb. Hər dəfə mənimlə görüşəndə gətirir, lakin buraxılmır. 20 gündür ki, onun məktubu mənə verməsi əngəllənir. İntiqam Əliyev təcridxanada ən çox senzuraya məruz qalan siyasi məhbusdur. Onun yazdığı hər məktub nöqtə, vergülünəcən oxunur. Hər dəfə də Mədət Quliyevə yazdığı məktubu oxunub geri qaytarılır, buraxılmır.”

"Təcridxanada qanunlar deyil, göstərişlər tətbiq edilir"

Vəkil Anar Qasımlı bu davranışların qanuna zidd olduğunu bildirir. Vəkil qeyd edir ki, İntiqam Əliyevin vəkilləri Mədət Quliyevə müraciət yazmağı planlayırlar:

“Mən onunla niyə belə davranıldığını soruşdum. Mənə dedilər ki, rəhbərliyin göstərişi belədir. Belə görünür ki, təcridxanada qanunlar deyil, göstərişlər tətbiq edilir. Biz- İntiqam Əliyevin vəkilləri Penitensiar Xidmətin rəisi Mədət Quliyevə müraciət yazmağı planlayırıq. Müraciət onunla bağlı olacaq ki, Mədət Quliyev İntiqam Əliyevi qəbul etsin, onu dinləsin”.

Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də həbs edilib. O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.

Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qərarı verib.

«Amnesty International» təşkilatı hesab edir ki, bu həbs İntiqam Əliyevin insan haqlarının müdafiəsi sahəsindəki fəaliyyəti ilə əlaqədardır. Təşkilat onu vicdan məhbusu hesab edir.

XS
SM
MD
LG