-
İngiltərənin “Manchester United” klubu Bakıda futbol məktəbi açır.
Bu layihəni Manchester United klubu Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – AFFA və Bakcellə birlikdə reallaşdırır.
Layihənin məqsədi uşaqlara United kimi oynamağaı öyrətməkdir.
Tarixdə ilk dəfədir ki, Manchester United hər hansı ölkənin milli federasiyası ilə iş birliyi qurur.
United qrupunun icra direktoru Richard Arnold deyir ki, “Azərbaycan çiçəklənən futbol ölkəsidir. Bura United klubunun 1 milyondan çox azarkeşinin evidir. Ona görə də, Bakcelldən olan dostlarımızın köməyi ilə bu əlaqəni qurmağımız fantastik işdir”.
Bakcell Manchester Unitedlə çoxdan telekommunikasiya və yayım tərəfdaşıdır.
Arnold əlavə edir ki, “Manchester United deyəndə gənc talantların inkişafı baş düşülür, bunlar sinonimdir.”
AFFA prezidenti Rövnəq Abdullayev isə deyib ki, “Bakıda Manchester United futbol məktəbinin yaradılması Azərbaycan futbolu tarixində həlledici hadisədir”.
Bakcell şirkətinin icraçı direktoru Richard Shearer isə deyir ki, Bakcell bu layihəni “Azərbaycan uşaqlarının futbola marağını və ciddi potensialını nəzərə alaraq” seçib. “Bakcell uşaq futbolunu inkişaf etdirməyi məqsəd qoyub. Bizim şirkət bu istiqamətdə bu mühüm işi davam etdirəcək”.