Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:01

Leyla Yunus görüşə gələ bilmədiyini yazır


Leyla Yunus
Leyla Yunus

-

Vəkil Elçin Qənbərov sentyabrın 23-də həbsdəki hüquq müdafiəçisi Leyla Yunusla görüşmək üçün yenidən cəhd edib. Görüş bu dəfə də baş tutmayıb. Bu haqda AzadlıqRadiosuna danışan vəkil Xalid Bağırovun sözlərinə görə, Leyla Yunus onlara məktub göndərib:“Ayaqlarım ağrıyır, yeriyə bilmirəm”.
Vəkil bununla belə tərəddüd içində olduqlarını da bildirir:

“İstənilən halda biz Leyla xanımın vəziyyətinin yaxşı olmadığına bir daha əmin olduq. Ancaq birbaşa özü ilə təmasda olmadıqca, özünü görmədikcə nəsə deyə bilməyəcəyik. Bu kağızı o göndərib. Ancaq o hansı şəraitdə göndərib bilmirik. Bilmirik vəziyyəti nə qədər ciddidir, doğrudanmı görüşə gələ bilmir? On illik vəkil təcrübəmdə ilk belə haldır ki, dustaq səhhətinə görə görüşdən imtina edir”.

Vəkil hüquq müdafiəçisinin tibbi müayinədən keçirilməsindən xəbərsiz olduqlarını, amma bu yöndə addımlar atacaqlarını da deyir.

Ədliyyə Nazirliyinin Tibbi Baş İdarəsinə AzadlıqRadiosuna dedilər ki, sədr və müavinlər toplantıda olduqları üçün Leyla Yunusun səhhəti haqda günün ikinci yarısında məlumat verəcəklər.

Penitensiar Ximdətdənsə bildirdilər ki, hüquq müdafiəçisinin saxlanma şəraiti normaldır.

Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus Ermənistanın xeyrinə casusluqda, vergi ödənişindən yayınmaqda ittiham olunurlar. «Amnesty International» onları «vicdan məhbusu» kimi tanıyıb.

XS
SM
MD
LG