Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli futbol yığmasının ard-arda uğursuz çıxışları sosial şəbəkədə müzakirə doğurub. Özəlliklə Xorvatiya yığmasına 0:6 hesablı məğlubiyyət azarkeşlərin səbr kasasını doldurub. İstər-istəməz sual yaranır: Bu məğlubiyyətlərə görə kim məsuliyyət daşımalıdır? Azərbaycan futbol yığmasının uğursuzluqlarına səbəb nədir? Hansı çıxış yolları var? Azadlıq FM həmin suallara cavab axtarır.