Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:55

«Partiyadan çıxsaq da, Müsavat ideyasının daşıyıcısı kimi qalırıq»


Müsavat Partiyasının logosu
Müsavat Partiyasının logosu

-

Gözlə

No media source currently available

0:00 0:03:08 0:00
Direct-ə keçid

Müsavat Partiyası Tovuz rayon Təşkilatının rəhbərliyi tam tərkibdə partiyadan istefa verdikləri barədə bəyanat yayıb. İstefa qərarı partiya rəhbərliyinin demokratik prinsipləri tapdaması ilə əsaslandırılıb.

Bəyanata aydınlıq gətirməkdən ötrü AzadlıqRadiosu təşkilatın keçmiş sədri Miryaqub Ağamirlidən müsahibə alıb.

- Miqyaqub bəy, istefa ilə bağlı qərar nə vaxt qəbul olunub?

- Üç gün öncə.

- Üzvlərinizin hamısı istefa verib?

- Üzvlərimizin sayı 400 nəfərə yaxındır, amma istefa ilə bağlı yığıncağa 19 nəfər qatılıb. Sadəcə, özək sədrləri və şura üzvləri ilə yığıncaq keçirdik. Yığıncaq səlahiyyətli idi. Bəyanatımız cümlə-cümlə səsə qoyuldu və qəbul olundu.

- Partiyada çıxmağınıza nə səbəb oldu?

- Qurultayöncəsi, qurultay günü və qurultaysonrası bəzi məsələlər üzvlərimizdə və məndə narahatlıq doğurdu. Bu üzdən özümüzü o sıralarda görmək istəmədik. Ancaq partiyadan çıxsaq da, müsavat ideyasının daşıyıcısı kimi qalırıq.

- Sizi qurultayda məhz nə narazı salıb?

- Nə isə gördük öz gözlərimizlə. Bizim sübutlarımız var. Buna görə də geri durduq.

- Bəlkə bir az da aydınlaşdırasınız...

- Bu bizim şəxsi qənaətimizdir. Nə isə bizi razı salmadı ona görə. Bağışlayın, ancaq bununla bağlı heç kimə açıqlama verməli deyilik.

- Qurultayda neçə nəfərlə təmsil olunurdunuz?

- Üç nəfərlə.

- Bundan sonra hansı addımları atacaqsınız? Bəlkə başqa partiyaya keçmək fikriniz var?

- Zamanla bilinər. Hələlik, heç bir partiyaya keçmək istəmirik. Müxalifətçi kimi qalırıq. Təşkilat olaraq birlikdəyik, birlikdə də qərar verəcəyik.

- İstefa verərkən partiyanın bütün üzvləri ilə məsləhətləşmişdiniz?

- Hər özək sədri öz üzvləri ilə söhbətləşəndən və biz də özək sədrləri ilə söhbətləşəndən sonra bu qənaətə gəlmişik.

“Bütün təşkilat adından istefa bəyanatı vermək gülüncdür”

Müsavat Partiyası Təşkilat Komitəsinin müdiri Razim Əmiraslanlı istefa verən bir neçə nəfərin bütün təşkilat adından danışmasını düzgün saymır:

“Partiyaya qəbul və ya istefa fərdi müraciət əsasında olmalıdır. Bir neçə nəfərin yığışıb bütün təşkilat adından istefa bəyanatı vermələri gülüncdür. Biz digər üzvlərlə danışıqlar aparırıq. Onlar bu qərarla razı deyillər. Gün ərzində onlar da öz mövqelərini bildirəcəklər”.

Məktub

Sayğıdəyər müsavatçılar, bəylər, xanımlar. Şüurlu ömrümüzü, tükənməz enerjimizi candan əziz Azərbaycanımıza, möhtərəm millətimizə sərf etmək üçün Müsavat Partiyasını seçdik. Ölkədə demokratiya, insan haqlarının bərpa olunmasında xidmətlər göstərdik, sədaqətimizi əsirgəmədik. Tovuz rayon təşkilatı ölkə çapında ən fədakar təşkilatlardan oldu, səmimi xidmətlər göstərdi. Baxmayaraq ki, təşkilatımızın mərkəzi aparatından zaman-zaman etinasızlıqlar gördük.

Dəyərli əqidədaşlar, müsavatçılıq hər biriniz kimi, bizlərin də ideyası, idealıdır. Qürurverici bir hissdir müsavatçılıq. Fəqət, nə qədər acı, iztirablı olsa da, son zamanlar təşkilat daxilində istər qurultay ərəfəsi, istərsə də qurultaysonrası baş verən hadisələr, təşkilat rəhbərliyinin demokratik prinsipləri tapdalaması həmin kəsimlə eyni çatı altında mübarizə aparmaq imkanlarını sıfıra saldı.

Sevgili əqidədaşlarımız, hər birinizdən üzr istəyərək, eyni zamanda üzülərək bəyan edirik: Müsavat Partiyası Tovuz rayon təşkilatı olaraq tam tərkibdə partiya üzvlüyündən istefa veririk. Bizi bağışlayın.

XS
SM
MD
LG