-
Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli futbol yığmasının ard-arda uğursuz çıxışları sosial şəbəkədə müzakirə doğurub. Özəlliklə Xorvatiya yığmasına 0:6 hesablı məğlubiyyət azarkeşlərin səbr kasasını doldurub.
İstər-istəməz sual yaranır: Bu məğlubiyyətlərə görə kim məsuliyyət daşımalıdır? Azərbaycan futbol yığmasının uğursuzluqlarına səbəb nədir? Hansı çıxış yolları var?
Azadlıq FM-də həmin suallara cavab axtarılır.