Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:49

Arif Hacılı: «Kim mənim üzərimə müharibə ilə gələcəksə...»


Arif Hacılı
Arif Hacılı

-

«Kim mənim üzərimə müharibə ilə gələcəksə, mən sülhlə cavab verəcəyəm. Ancaq təzyiqlərlə nəyəsə nail olmaq mümkün olmayacaq».

Bunu Müsavat başqanı Arif Hacılı oktyabrın 25-də partiyanın məclis toplantısında bildirib. O deyib ki, narazılara dəfələrlə barışıq və danışıq təklif edib:

«Kimsə hesab edirsə ki, Arif Hacılı kiminləsə toqquşacaq, xeyr, olmayacaq. Müsavat Partiyasında hər bir üzvə bərabər münasibət olacaq. Bunu da deyim ki, təzyiqlərlə hər hansı görəvə də sahib olmaq mümkün olmayacaq».

Məclisdə çıxış edənlərin bir neçəsi təklif edib ki, narazıların məsələsi ciddi şəkildə müzakirə olunsun.

Daha sonra Divan, Mərkəzi Nəzarət və Təftiş Komissiyası (MNTK) və Məclis üzvlüyünə seçkilər keçirilib. Divana 10, MNTK-ya 4 nəfər seçilib.

Sərbəst məclis üzvlüyünə 42 nəfər namizədliyini irəli sürsə də, təkcə Gülağa Aslanlı 60 səs barajını aşa bilib.

Müsavatın sentyabrın 27-də keçirilən qurultayında Arif Hacılı 228 səslə partiyanın yeni başqanı seçilib. 200 səs toplayan Qubad İbadoğlu və onun tərəfdarları seçkilərdə pozuntular olduğunu vurğulayaraq nəticələrin araşdırılması üçün partiya rəhbərliyinə 3 ay vaxt veriblər.

Qurultaydan sonra partiyada bəzi istefalar olub. Narazı tərəf istefalara görə başqan Arif Hacılını günahlandırır.

XS
SM
MD
LG