İlham Əliyev Xankəndində «məhkəmə»si gedən azərbaycanlı girovları azad etməyə çağırır
Oktyabrın 27-də Qarabağı nəzarətdə saxlayan qondarma rejim girovluqda olan 2 azərbaycanlını Xankəndində "məhkəməyə" çıxarıb. Vəkil Bəhruz Bayramov girovlar - Şahbaz Quliyev və Dilqəm Əsgərovun vəkilliyini edə biləcəyini bildirib. Məsələ Milli Məclisin və prezident ilham Əliyevin də diqqətindədir.