Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:14

CPJ Xalid Qarayevə görə bəyanat verdi


«Azadlıq» qəzetinin müxbiri və «Azərbaycan saatı» Tv proqramının texniki direktoru Xalid Qarayev
«Azadlıq» qəzetinin müxbiri və «Azərbaycan saatı» Tv proqramının texniki direktoru Xalid Qarayev

-

Nyu Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) «Azadlıq» qəzetinin müxbiri və «Azərbaycan saatı» Tv proqramının texniki direktoru Xalid Qarayevin həbs olunmasını pisləyən bəyanat yayıb. Oktyabrın 30-da Xalid Qarayev 25 sutka azadlıqdan məhrum edilib. O, xırda xuliqanlıq və polisə müqavimətdə ittiham olunub.

CPJ bildirir ki, hakimiyyəti tənqid edən «Azərbaycan saatı» proqramı bir neçə aydır hədəfə alınıb. Proqramın digər aparıcısı, Seymur Həzi isə bir neçə ay əvvəl həbs olunub və ona silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb. Proqramın başqa bir aparıcısı Natiq Adilovun isə qardaşı həbs edilib.

«Azərbaycan hökuməti dünyada ən çox jurnalistin həbsdə olduğu ölkələrin klubunda üzvlüyünü möhkəmləndirir. Hakimiyyəti Xalid Qarayevi azadlığa buraxmağa, jurnalistləri və hökumət tənqidçilərini susdurmaq cəhdini dayandırmağa çağırırıq,» bunu qurumun Avropa və Orta Asiya üzrə tədqiqatçısı Müzəffər Süleymanov deyib.

CPJ xatırladır ki, oktyabrda beynəlxalq mətbuat azadlığı qrupları koalisiyası Avropa Şurası üzvlərinə məktub göndərib, Avropa ölkələrini çağırıb ki, Azərbaycandan jurnalistlər və hüquq müdafiəçilərinə qarşı repressiyanın hesabını sorsun.

XS
SM
MD
LG