-
Noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunun qapılarından biri aşıb. «Qarabağ»la Ukraynanın «Dnipro» klubu arasında oyundan öncə baş verən bu qəza nəticəsində Samir Mirzəyev adlı azarkeş yaralanıb.
Onun qohumları «Report»a bildiriblər ki, 42 yaşlı mütəxəssis, «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov futbol yarışması bitəndən sonra 1 saylı Şəhər Klinik Xəstəxanasına yollanıb. O, gecə saat 2-də baş tutan bu ziyarət zamanı zərərçəkənə şəfa diləyib. Qurban Qurbanov zərəçəkənin atası ilə görüşərək söhbətləşib.
Noyabrın 7-də Ağdam təmsilçisi Bakıda Ukraynanın «Dnipro» klubunu qəbul edib. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən «Qarabağ» bu dəfə 1:2 hesabı ilə uduzub. Komanda bu görüşdə qələbə qazansaydı, turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini möhkəmləndirəcəkdi. Ağdam futbolçuları növbəti görüşü noyabrın 27-də – Parisdə, Fransanın «Saint-Étienne» komandasına qarşı keçirəcəklər.