Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:25

«Azərbaycan üçün belə davam edə bilməz»


Avropa Şurası Nazirlər Komitəsi
Avropa Şurası Nazirlər Komitəsi

-

SƏDRLİK DÖVRÜNDƏ GÖRÜNMƏMİŞ TƏZYİQLƏR

İnsan Haqları Təşkilatları Koalisiyası olan Vətəndaş Həmrəyliyi Platforması Azərbaycanı siyasi məhbusları azadlığa buraxmağa çağırır. Platformanın noyabrın 11-də yaydığı pres-relizdə belə deyilir.

Qurum bildirir ki, bu həftə Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində altı aylıq sədrliyi başa çatır.

“Bu müddət ərzində Azərbaycan vətəndaş cəmiyyətinə görünməmiş təzyiqlər başladıb – hüquq müdafiəçilərini və hökuməti tənqid edən siyasi fəalları həbs edib. Vətəndaş Həmrəyliyi Platforması və digər QHT-lər Avropa Şurasını bu hərəkətlərini düzəltmək üçün Azərbaycana real təzyiq göstərməyə və əsaslandırılmamış ittihamlarla həbs olunanları azadlığa buraxmağa səsləyir”.

“PUL VƏ GÜC DƏYƏRLƏRİ TAPDALAYIR”

“Bu sədrlik Azərbaycan hökuməti üçün güc nümayişinə çevrildi. Bu sədrlik göstərdi ki, şər dəyərlərdən güclü çıxa bilər. Hökumət insan haqlarına dayanan qurumda sədrliyindən yararlanaraq vətəndaşlarına və dünyaya göstərdi ki, pul və güc dəyərləri tapdalayır. Bu dəyərləri, Avropa Şurasının öhdəliklərini və rhunu xilas etməyin vaxtı çatıb,” bunu araşdırmaçı jurnalist Xədicə İsmayılova deyir.

Bəyanatda daha sonra bildirilir ki, Avropa Şurasının baş katibi Thorbjørn Jagland və qurumun demokratik üzvləri Azərbaycanla qarşı dayanmalı və ölkədəki təzyiqlərə cavab olaraq cəza tədbirləri barədə düşünməlidir. Bu günədək Avropa Şurası yalnız qınayıcı bəyanatlarla kifayətlənib. Azərbaycanın hərəkətləri Avropa institutları və dəyərlərinə hücumdur və diqqətdən kənar qalmamalıdır.

“AZƏRBAYCAN ÜÇÜN BELƏ DAVAM EDƏ BİLMƏZ”

Qurum Azərbaycanın sədrliyi dövründə, mayın 14-dən noyabrın 13-dək həbs olunanların – hüquq müdafiəçiləri Anar Məmmədli, Leyla Yunus, Rəsul Cəfərovİntiqam Əliyevin adlarını da sadalayır.

Vətəndaş Həmrəyliyi Platforması “Azərbaycan üçün belə davam edə bilməz” adlı film də hazırlayıb.

Azərbaycan üçün belə davam edə bilməz
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

Vətəndaş Həmrəyliyi Platforması Avropa, Avrasiya və ABŞ-da insan haqları öhdəliklərinə sadiq qeyri-hökumət təşkilatlarını birləşdirir.

XS
SM
MD
LG