Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:57

«Dialoq artıq hakimiyyət üçün vacib amilə çevrilir»


Mehman Əliyev
Mehman Əliyev

-

Gözlə

No media source currently available

0:00 0:05:01 0:00
Direct-ə keçid

Dekabrın 13-ü Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində müxalif partiya sədrlərinin təşəbbüsü ilə iqtidar-müxalifət dialoqu keçirilib. Görüşdə iqtidarı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, müxalifəti ADP sədri Sərdar Cəlaloğlu, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və başqaları təmsil edib.

Bu görüş cəmiyyətdə heç də birmənalı qarşılanmayıb. Şərhçilər, siyasətçilər arasında bunu dailoq deyil, məhz sıradan bir görüş kimi dəyərləndirənlər də olub. Çünki görüşə əsas müxalif partiyalar – AXCP və Müsavat qatılmayıb.

Bəs, iqtidar-müxalifət, iqtidar-vətəndaş cəmiyyəti dialoqunun baş tutması üçün çatışmayan nədir? Bu və digər sualları Turan İA-nin rəhbəri Mehman Əliyev cavablayır.

Mehman müəllim, 13 dekabr görüşünü necə qiymətləndirisiz?

- Bu görüş mənim marağıma səbəb olmadı. Bir tərəfdən qapalı idi, digər tərəfdən də görüşdə əsas aparıcı müxalif partiyalar iştirak etməyib. Bu isə görüşün mahiyyətini xeyli aşağı salır. Orda xeyli partiya var idi ki, hakimiyyət onlarla onsuz da parlament çərçivəsində və ya forumlarda dialq aparır. Ona görə də burada maraqlı bir intriqa görmədim ki, reaksiya verə bilim.

Sizcə, iqtidar-müxalifət, iqtidar-vətəndaş cəmiyyəti dialoqunun olması üçün nə lazımdır?

- Daha çox hakimiyyətin istəyi lazımdır. Dialoq dialoq naminə olmamalıdır. Dialoq ölkədə olan problemlərin iqtisadi, siyasi, başqa müstəvidə həlli və cəmiyyəti narahat edən məsələlərin həllinə yönəlmiş bir vasitədir. Hakimiyyət bunu dərk edirsə və vətəndaş cəmiyyəti ilə müzakirə etməyə hazırdırsa, onda problemin həlli təkcə hakimiyyətin yox, vətəndaş cəmiyyətinin də öhdəsinə düşmüş olur. Ona görə də hakimiyyətin bununla bağlı ciddi və səmimi istəyi olmalıdır. Vətəndaş cəmiyyəti həmişə bu cür danışıqlara hazır olur. Son həbslər, son təqiblər də onu göstərir ki, hakimiyyət həmişə bu məsələlərdə sözdə bir, əməldə isə başqa mövqedədir. Ona görə də biz dediyimiz dialoq alınmayıb.

Növbəti mərhələdə alına bilərmi?

- Alına bilər, bunun üçün bir sıra amillər var. Rusiyada baş verən böhran, neftin qiymətinin aşağı düşməsi Azərbaycana təsir edən məqamlardır. Qərbin Ukrayna ətrafında mövqeyinin sərtləşməsi də Azərbaycandakı duruma təsir edəcək. Beynəlxalq qurumlar Azərbaycan mövzusunu getdikcə daha aktiv gündəmə gətirirlər. Hesab edirəm ki, bu,yüksələn xətlə gedəcək. Bu da Azərbaycanı beynəlxalq rəylə hesablaşmağa vadar edəcək. Bu bir tərəfə. İkinci tərəf isə ondan ibarətdir ki, ölkədə neftə bağlı siyasət davam edə bilməz, iqtisadi sahədə, vətəndaş-dövlət məsələlərində liberallaşma vacibdir. Bunu həyata keçirmək üçün ciddi islahatlar aparmaq lazımdır. Buradan da cəmiyyətlə müzakirələr istər-istəməz ortaya çıxır. Belə bir dialoqun təşkili artıq hakimiyyət üçün vacib amilə çevrilir.

XS
SM
MD
LG