Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 06:27

Azadlıq Radiosunun əməkdaşları prokurorluğa aparılıb


Azadlıq Radiosunun Bakı bürosuna reyd
Azadlıq Radiosunun Bakı bürosuna reyd

Dekabırın 27 və 28 AzadlıqRadiosunun Bakı Bürosunun demək olar ki, bütün əməkaşlarının mənzilinə polis gəlib.

Əldə olunan məlumata görə polisə nəyin bahasına olursa-olsun, AzadlıqRadiosunun jurnalistlərini prokurorluğa gətirmək əmri verilib. Baxmayaraq ki, Azadlıq Radiosunun bütün jurnalistləri dekabırın 29-da vəkillə birlikdə prokurorluğa gəlməyə razı olmuşdular.

Bu səhər Azadlıq Radiosunun əmədaşı, Kamran Mahmudovu zorakılıq tətbiq edərək mənzilindən aparıblar. Həyat yoldaşı bildirir ki, onu hətta ayaqqabılarını və üst geyimini geyinməyə qoymayıblar. Onun sözlərinə görə 2 nəfər qorxuya düşüb, ağlayan uşaqlarının gözü qabağında Kamranı həbs edib. Kamran Mahmudov dinririlmək üçün Yasamal rayon prokurorluğuna aparılıb.

Bu səhər Azadlıq Radiosunun Bakı bürosunun xidmətçisi Mətanət Abdinova da polis məntəqsinə aparılıb, sonradan onu istintaqa aparıblar.

Azadlıq Radiosunun digər iki əməkdaşı Cingiz Sultansoy və Vüsalə Mehdiyeva da həmçinin yerli polis məntəqsinə aparılıb, sonra onları prokurorluğa aparıblar.

Azadlıq radiosunun 10 yaxın əməkdaşı hal hazırda Prokurorluq orqanları tərıfindən dindirilir. Radionun vəkili Yalçın İmanov prokurorluq tərəfindən dərhal jurnalistlərin müdafiəsindən kənərlaşdırılıb. Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində vəkilə bildiriblər ki, o işdən kənarlaşdırılır və şahid qismində ifadə verməlidir. Radionun əməkdaşları faktiki olaraq vəkilsiz qaliblar.

Dekabırın 28-də, Azadliq Radiosunun Prezidenti və Baş Redaktoru Nenad Pejic radionun jurnalistlərinə qarşı aparılan hücümları mənəvi teror kimi qiymətləndirib.

Son məlumatları buradan izləyin.

XS
SM
MD
LG