Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:41

Bakıda müəllimlərin maaşı və dərs yükü artırıldı


Arxiv fotosu: Bakıda müəllim Həsrət Şıxbabayev dərs zamanı.
Arxiv fotosu: Bakıda müəllim Həsrət Şıxbabayev dərs zamanı.

.

Prezident İlham Əliyev bəzi müəllimlərin maaşlarının orta hesabla 2 dəfə artırılması ilə bağlı sərəncam imzalayıb. Bu sərəncam dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə şamil olunacaq. Eyni zamanda sərəncamın birinci hissəsinə əsasən müəllimlərin dərs yükü 1,5 dəfə artırılacaq.

Qərar bu il yanvarın 1-dən qüvvəyə minir.

Təhsil naziri Mikayıl Cabbarovun keçən il mayın 6-da imzaladığı əmrlə Bakıda çalışan orta məktəb müəllimləri arasında sınaq qiymətləndirmələri keçirib. May-iyun aylarında təşkil olunan qiymətləndirmələrə Bakıdakı 357 məktəbin 28 825 müəllimi qatılıb.

Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov iyulun 7-də Bakıda keçirilən mətbuat konfransında deyib ki, sınaq qiymətləndirməsi Bakı şəhər müəllimlərinin 96%-ni əhatə edib: “Qiymətləndirmədə iştirak edən müəllimlərin 14,04% zəif, 85,06% qənaətbəxş nəticə göstərib. İmtahan verən müəllimlərin 18,02%-nin nəticəsi daha yüksək olub".

Nazirlik rəsmisinin məlumatına görə qiymətləndirmədə coğrafiya və riyaziyyat müəllimləri yüksək, Azərbaycan dili və ədəbiyyat, kimya müəllimləri zəif nəticə göstəriblər.

Prezident İlham Əliyevin yanvarın 16-da imzaladığı maaş və iş yükü artımı da həmin qiymətləndirmələrə cəlb edilmiş 28 825 müəllimə şamil edilir.

XS
SM
MD
LG