#Manat Dollar satılmır, alınır (Nərimanov rayonundakı "exchange"dən foto) http://t.co/XQ8CzJ2bMT via @radioazadliq
— AzadliqRadiosu (@RadioAzadliq) 21.2.2015
Mərkəzi Bankın saytında kurs hələ köhnədir
Mövzu ilə bağlı foto, video və ya xəbərin varsa, bizim SimsizTeleqraf saytına, və ya AzadAvropa.AzadliqRadiosu@gmail ünvanına göndər
"MANATA GÖRƏ" CİNAYƏT MƏSULİYYƏTİ
Müsavat partiyası bəyanat yayaraq səriştəsiz maliyyə siyasəti yürüdən və iqtisadiyyatı böhran həddinə çatdıran səlahiyyətli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.
Ş.Novruzov: "Sadə xalq dolların qalxmasından heç nə itirməyəcək"
YAP liderlərindən biri, millət vəkili S.Novruzov deyir ki, bir neçə gündür ki, manatın dəyərinin aşağı düşməsindən və dolların qiymətinin qalxmasından yalnız dəllallar istifadə edib: “Bir sıra dəllallar bu prosesdən pul qazanmaq istədilər. Bəzi kəndlərdə insanlar dollarla manatı başabaş dəyişirdilər. Sadə xalq prosesdən xəbərsiz olduğu üçün onlardan sui-istifadə ediblər. Bunların heç biri dövlətin siyasətinin nəticəsi deyil. Bu, bəzi dəllalların fəaliyyətinin nəticəsidir”.
YAP-çı deputat qeyd etdi ki, sadə xalq dolların qalxmasından heç nə itirməyəcək: