Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:51

Manat

Mərkəzi Bank manatın kursunu dollar və avroya nisbətən aşağı salandan sonra Azərbaycan valyuta bazarında hadisələrin gedişini daim yenilənən bu bloqda izlə

Mərkəzi Bank manatın kursunu dollar və avroya nisbətən aşağı salandan sonra Azərbaycan valyuta bazarında hadisələrin gedişini daim yenilənən bu bloqda izlə.

Facebookda manat müzakirəsinə qoşul

14:10 21.2.2015

Maşın bazarı və mobil satışı

Müxbirimiz Bakının dükan və bazarlarından xəbər verir ki, valyutadəyişmə məntəqələrində dollar və avronun kursunu göstərən rəqəmlər boşdur. Ancaq Türkiyə, Rusiya və Gürcüstan milli valyutalarını dəyişirlər. Maşın bazarında satış görünmür. Yoxlamaq üçün kreditə mobil telefon alanda dedilər ki, faizlər dollarla ödənməlidir.

14:25 21.2.2015
Vahid Əhmədov
Vahid Əhmədov
“Elman Rüstəmov hamını aldatdı”

Parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov “virtualaz.org” saytına belə deyib. Onun sözlərinə görə, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov Azərbaycan xalqına soyuq duş təşkil etdi.

“Bankların əksəriyyəti sözün hərfi mənasında bir neçə dəqiqə ərzində böyük ziyana düşdülər. Və mən istisna etmirəm ki, onlardan bir çoxu müflis olacaq”- deputat əlavə edib.

Vahid Əhmədov deyib ki, Azərbaycan 2008-ci ildə ABŞ və Avropanın yaşadığı böhrana düşüb və bu böhran ilk növbədə həmin ölkələrin maliyyə sektoruna zərbə vurmuşdu.

“Bütün maliyyə sferaları, ipoteka fondları, maliyyə təşkilatları böyük ziyana düşdülər, bu isə sonda Azərbaycan əhalisinə zərbə vuracaq. Mən özüm Mərkəzi Bankla danışıqlar apardım və xahiş etdim ki, kəskin devalvasiyaya getməsinlər və manatın kursunu tədricən endirsinlər. Mərkəzi Bank rəhbərliyi bizi, deputatları və bütün Azərbaycan xalqını aldatdı. Bundan sonra mən tam əminliklə deyə bilərəm ki, Elman Rüstəmov öz yerində deyil”- Vahid Əhmədov bildirib.

Deputat deyib ki, Milli Məclisin qarşıdakı iclasında Mərkəzi Bankın hərəkətinin qanunauyğunluğu məsələsini qaldıracaq: “Qoy Elman Rüstəmov parlamentin və xalqın qarşısına çıxsın, bu cür kritik qərar qəbul etməsinin səbəbini əsaslandırsın”.

Vahid Əhmədov bildirib ki, manatın kəskin devalvasiyası kəskin inflyasiyaya səbəb olacaq və əhaliyə güclü zərbə vuracaq. Ona görə də hökumət indidən əhalinin sosial müdafiəsi üçün tədbir görməlidir.

14:44 21.2.2015

Bu sosial media icmalında manatdan da söz düşür

MikRbloQ - "Proqram əlavəsi"
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00


Türksatda yayımlanan Fərqli xəbərlərin MikRbloq "proqram əlavəsində" sosial mediada #manatadəstək aksiyasından da danışılır. Amma bu veriliş 21 MB fevral qərarından əvvəl idi.

14

Davamı

XS
SM
MD
LG