Bank manatı məzənnədi, ticarət iflic oldu
AzadliqRadiosu fevralın 21-də müşahidə etdiyi əksər dükanların sahibləri ticarəti saxlamağa üstünlük verirdilər. Alıcılar isə əksinə, hər şeyi almağa həris idilər. Təklifin tələbdən bu şəkildə üz döndərməsi iqtisadiyyatda normal təzahür sayılmır.
"Dollar kreditləri" olanlara vəkil təskinliyi
Anar Qasımlı yazır ki, mövcud qanunvericiliyə görə faizlər kredit anlaşması bağlanan andakı valyuta məzənnəsinə uyğun ödənilməlidir. Onun izahında belə bir haşiyə var "...əgər müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa". Bir sözlə, krediti olanlar, əvvəl Anar Qasımlının yazdıqlarını oxuyun, sonra da təcili kredit müqaviləsinin tam mətnini.
#Manat Lənkəranda bahalaşma əleyhinə etiraz… http://t.co/wJZ6gAMVGS http://t.co/ZgxoMDnLMc
— AzadliqRadiosu (@RadioAzadliq) 22.2.2015
GECƏ QAÇIŞ- KARİKATURA
Karikaturaçı rəssam Gündüz Ağayev manatın düşməsi, qiymətlərin bahalaşması haqda karikatura çəkib. Karikaturanı MeydanTV paylaşıb