Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 04:03

Cüdoçular problemlərinin həllinə vəd aldılar


Arxiv fotosu
Arxiv fotosu

.

CÜDOÇULARIN PROBLEMİNƏ HƏLL

“Bu gün nazirlikdə bizim problemlərimizə qulaq asdılar. İdmançılar yaxşı qidalandırmırlar. Təlim məşqləri, yarışlara getməklə bağlı problemimiz var. Məsələn, Bolqarıstanda yarış oldu ora gedə bilmədik, maliyyələşdirmədilər. Görüşdə bizə tam olmasa da, problemlərin çox hissəsini həll edəcəklərini dedilər..”

2009-cu ildə Yerevanda keçirilən gənclər arasında Dünya Çempionatının qalibi olmuş Elmar Qasımov AzadlıqRadiosuna danışır. O, bildirir ki, bu gün-martın 2-də Gənclər və İdman nazirliyində cüdoçularla görüş olub. Bu çüdoçular bir neçə gün öncə Bakıda etiraz aksiyası keçirmişdilər. Elmar Qasımov bildirdi ki, Gənclər və İdman Nazirliyi problemləri bu ay ərzində həll edəcəklərini deyiblər.

Bu Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova AzadlıqRadiosuna bildirdi ki, problem nazirliklə cüdoçular arasında olan problem deyil:

“İdmana məsul qurum olaraq bu problem bizi də maraqlandırır. Lakin bir məqamı vurğulamaq istəyirəm ki, problem bizim nazirliklə cüdoçular arasında deyil, federasiya daxili problemdir.”

QURUMLARARASI TOPATDI

Səmayə Məmmədova görüş haqqında geniş məlumat almaq üçün Cüdo Federasiyası ilə əlaqə saxlamğı məsləhət gördü. Cüdo Federasiyasının baş katibi Elnur Camalxanov da geniş informasiyanı nazirlikdən ala biləcəyimiz dedi. Etiraz səbəblərinə gəlincə, baş katib narazılığın əsassız olduğunu deyir:

“Məşqlərdə heç bir problem yoxdur. Vaxtlı-vaxtında keçirilir. İdmançıların tələbatına uğun gəlməyən nəsə, yaxud daha artıq təminatlar ola bilərlər. Bu da qarşılıqlı müzakirə ilə həll edilən məsələdir. Onlar daima məşqdədirlər. 2 gün əvvəl də təlim-məşq toplantısından gəliblər. Fərdi şəkildə nəsə problemlər olur, onlar da həllini tapır.”

Bu il Bakı 2015 Avropa Cüdo Çempionatına da ev sahibliyi edəcək.

Çempionat Bakıda keçiriləcək ilk Avropa Oyunları çərçivəsində baş tutacaq.

Böyük Britaniyanın «The Guardian» qəzeti fevralın 26-da yazıb ki, bu ölkədən Avropa Oyunları üçün Bakıya gələcək bütün idmançıların xərclərini Azərbaycan öz üzərinə götürüb. Azərbaycan rəsmiləri açıqlama veriblər ki, təkcə Britaniya idmançılarının deyil, Avropa Oyunlarına 49 ölkədən qatılan idmançıların bütün xərclərini Azərbaycan ödəyəcək.

Ola bilər, idmançıları qıcıqlandıran başqa ölkədən gələn idmançıların xərclərinin çəkilməsi, özlərinin isə yarışlarda iştiraklarının maliyyələşdirilməməsidir.

AVROPA OYUNLARINDAN XƏBƏRSİZ AVROPA

İdman jurnalisti Elçin Cəfərov gələcək idmançıların xərclərinin çəkilməsini anormal hadisə adlandırsa da, belə müqaisənin aparılmasının doğru olmadığını deyir. Jurnalist bildirir ki, manatın qiymətdən düşməsinə görə bir çox federasiya oyunçuları belə problemlərlə üzləşir:

“Hər federasiya bir nazirə tapşırılıb. Dolayısı ilə əksər fedrasiyalar dövlət qurumlarından asılıdır. Baş verən maliyyə böhranı federasiyalara da təsir edir. 8 milyard dollar yaxın xərc çəkilməsi hansısa ölkə üçün normal olar. 2-ci, 3-cü dərəcəli ölkələr üçün deyil. Azərbaycan buna hazır deyil. Avrpa oyunları elə də məhşur deyil. Avropanın özündə də çoxu bilmir ki, belə oyunlar var.”

Jurnalist bildirir ki, bir çox federasiyalar indi maliyyə problemləri ilə üzləşir. Elçin Cəfərov düşünür ki, hökümət federasiyalardakı maliyyə problemlərini aradan qaldırmaq üçün ciddi tədbirlər görməlidir.

XS
SM
MD
LG