Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:08

Naxçıvan Belarusa maşın satacaq


Lifan maşınları
Lifan maşınları

-

Bu ildən etibarən Naxçıvan Muxtar Respublikası Belarusa «NAZ-Lifan» avtomobilləri ixrac edəcək. Bu haqda «Şərq qapısı» qəzeti məlumat verir. Məlumata əsasən bununla bağlı razılıq artıq əldə olunub.

Qəzet yazır ki, Naxçıvan Avtomobil Zavodu (NAZ) tələbatı nəzərə alaraq istehsal gücünü artırmağa çalışır. Məlumata görə zavod daha 9 model avtomobilin istehsalına başlayacaq.

Hissələri Çindən gətirilən «NAZ Lifan» markalı minik avtomobilləri 2010-cu ildən bəri Naxçıvan Avtomobil Zavodunda yığılır. Bəzi yerli sakinlərin bildirdiyinə görə, bu zavod Naxçıvandakı yüksəkvəzifəli məmurlardan birinə məxsusdur.

Bu avtomobillərin keyfiyyətinin aşağı olması ilə bağlı zaman-zaman mətbuatda məlumatlar yer alıb. Yerli sakinlər AzadlıqRadiosuna bildirirdilər ki, bu səbəbdən avtomobilləri almağa maraq göstərənlərin sayı azdır.

Naxçıvanda çoxları inanır ki, bu avtomobillərin məcburi satışını təmin etmək üçün yerli hakimiyyət müxtəlif inzibati vasitələrdən istifadə edir.

Buna misal kimi bir müddət öncə Naxçıvanda taksi kimi yanlız «NAZ-Lifan» avtomobillərindən istifadə olunması barədə göstəriş verilməsini göstərmək olar.

Bu yaxınlarda isə dövlət nömrə nişanı Naxçıvana aid olmayan avtomobillərin muxtar respublikadan çıxarılması haqda məlumat yayılmışdı. Yerli sakinlər AzadlıqRadiosuna bildirmişdilər ki, burada da məqsəd insanları Naxçıvanda istehsal olunan avtomobilləri almağa məcbur etmək olub.

Naxçıvan rəsmiləri adətən avtomobil zavodunun yüksək vəzifəli məmurlardan birinə məxsus olması ilə bağlı deyilənləri təkzib edirlər. Onlar digər avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulmasını, əksinə, «NAZ Lifan»ın rahat və bu xidmətə yararlı olması ilə əsaslandırıırlar. Üstəlik, müəssisə rəhbərliyi də sürücülərin iradların böhtan adlandırır.

«NAZ Lifan» avtomobillərinin qiyməti markasından asılı olaraq 7-15 min manat arsınadadır. Zavodun istehsal gücü ildə 5 min ədəddir.

XS
SM
MD
LG