-
Martın 27-də «Neft Daşları» 1-ci Mədən ərazisində baş verən qəzaya görə Xəzər dənizinə neft axmağa başlayıb.
Bu haqda AzadlıqRadiosuna Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.
Onun dediyinə görə, qəza səhər saatlarında baş verib:
«Bu haqda mənə neftçilər məlumat verib. Qəza 23-46-cı meydançada baş verib. Qəzanı aradan qaldırmaq üçün hələlik heç bir tədbir görülmür. Mənə oradan şəkil də çəkib göndəriblər və fakt ortadadır. Qəzanı aradan qaldırmaq lazımdır. Məlumatı ona görə yayıram ki, neftin axmasının qarşısını alsınlar».
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev AzadlıqRadiosuna müsahibəsində məlumatı təsdiqləməyib:
«Yalan məlumatdır. Mən indicə danışdım. Heç bir neft axması yoxdur».