"Qanun" nəşriyyatında işıq üzü görən "Məhəmməd - tanınması gərəkən peyğəmbər" kitabı rumın yazarı, diplomatı, filosofu Constantin Virgil Gheorghiu tərəfindən yazılıb.
Güntay Gəncalpın çevirdiyi kitabın tanıtım bölümündə deyilir:
"Kitabda İslam Peyğəmbərinin həyatı və mücadiləsi avropalı araşdırmaçı-yazar tərəfindən incələnib. Hz. Muhəmmədin peyğəmbərlik öncəsi və sonrası həyatı haqqında diqqətçəkici bilgilər əsərdə yer almaqdadır.
Yazar İslam tarixçilərinin yazdığı qaynaqlara dayanaraq daha modern bir yöntəmlə Peyğəmbərin mücadiləsini və İslami ədalət yolundakı fəaliyyətlərini aydınlatmağa çalışıb.
İslamşünaslıq və peyğəmbərşünaslıq baxımından bu kitab oxuculara çox önəmli bilgilər verməkdədir."