Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:47

Dollarla götürülən kreditlər hansı məzənnə ilə qaytarılmalıdır?


Manat/Dollar
Manat/Dollar

-

Bu ilin mayında Konstitusiya Məhkəməsi Azərbaycanda dollarla götürülmüş kreditlərin hansı məzənnə ilə qaytarılmasına aydınlıq gətirəcək.

Bu barədə fins.az Konstitusiya Məhkəməsinə istinadən xəbər verir.

Məlumata görə, ötən həftə qurumun palatasının növbəti iclası olub. İclasda Mülki Məcəllənin 439.1, 439.2 və 439.7-ci maddələrinin şərh edilməsinə dair İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) sorğusuna və Göyçay rayon Məhkəməsinin müraciətinə baxılıb.

Müraciətlərin icraata qəbul olunması haqqında qərardadlar çıxarılıb. Sorğu və müraciətlərə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il mayın 7-nə təyin edilmiş iclasında baxılacaq.

MÜLKİ MƏCƏLLƏDƏ DEYİLİR Kİ…

Mülki Məcəllənin 439.1, 439.2 və 439.7-ci maddələri xarici valyutada olan öhdəliklərin yerinə yetirilməsi qaydalarını özündə əks etdirir. Məsələn, 439.7-ci bənddə bildirilir ki, ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi - bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa - öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Yəni, başqa sözlə dollarla götürülmüş kreditlər, bankla bağlanmış müqavilədə xüsusi bənd yoxdursa, köhnə məzənnə ilə ödənilməlidir.

Bu ilin fevralında manatın devalvasiyasından sonra bəzi banklar dollarla kredit götürmüş şəxslərdən xarici valyutanın cari məzənnəsinə uyğun ödəniş aparmasını tələb edib. Bu isə banklar və müştərilər arasında narazılıq yaratmışdı.

XS
SM
MD
LG