Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:40

Kredit ödəişlərinin dollarla hesablanmasına görə mübahisələr səngimir


Bankda pul davası
Gözlə
Embed

No media source currently available

0:00 0:01:36 0:00

Bankda pul davası

- Mənim kreditim manatladır. Dollarla götürmüş olsaydım, dollarla da geri qaytarardım
-Dollar beynəlxalq valyutadır. Ona görə də dollarla qaytarıla bilər.
-Necə yəni? Harda, hansı müqavilədə yazılıb bu haqda?


Bu dialoq martın əvvəlində Bakıdakı telefon mağazalardan birinin əməkdaşı ilə alıcı arasında gedir. AzadlıqRadiosunun “Simsiz teleqraf” rubrikasına göndərilən videodan görünür ki, bir nəfər 553 manata kreditlə telefon alıb. Aylıq krediti ödəmək üçün mağazaya gəlib. Amma ondan hər ay ödədiyi məbləğdən çox vəsait tələb olunur. Mağazanın əməkdaşı alıcıya izah edir ki, dollar manata nisbətdə 35 faiz bahalaşıb, ona görə də ödəmə çox hesablanıb. Alıcısa bununla razılaşmır. Onların söhbəti beləcə davam edir:

- Mənim prezidentim deyib ki, manat ən güclü valyutadır. Mən də kreditimi manatla götürmüşəm.
- Amma dollar bahalaşandan sonra avtomatik ucuzlaşdı manat.​

(Videonu mətnin əvvəlində izlə.)

AYA 410 MANATLIQ KREDİT OLUB 555 MANAT…
Bu, krediti manatla götürüb, dollarla tələb edilənlərə aid bir misal idi. Mərkəzi Bankın sədri Elman Rüstəmov ötən gün Milli Məclisin İqtisadi Siyasət Komitəsində bildirib ki, krediti vaxtilə manatla verib, indi dollarla hesablayıb ödənişləri artıranlar cəzalandırılacaqlar.

Hazırda Azərbaycanda əksər banklarla onların müştəriləri arasında belə mübahisələr gedir. Əsas problem də dollarla kredit götürənlərlə bağlı yaranır. Belə ki, həmin müştərilər köhnə məzənnə ilə (1 dollar = 0.78 manat) götürdükləri krediti yeni məzənnə ilə (1 dollar = 1.05 AZN) qaytarmaları tələb olunur.

Belə müştərilərdən biri - Nadir Ağaverdiyev bir qədər əvvəl 15 min dollar kredit götürüb, avtomobil alıb. Əvvəllər buna gör aya 410 manat ödəyirdi. Manatın devalvasiyasından sonra aylıq ödənişinin məbləği 555 manata qalxıb. Bir ayda 145 manat artımdan sonra qərara gəlib ki, kredit müddətini 16 aydan 25 aya qədər artırsın. Amma bu da ona əl verməyib:

“410 manatdan 25 ay ödəyə bilərdim. Amma bu zaman da üstünə əlavə faiz gəlirdi deyə, itirdiyim daha çox olurdu. Elə bil manatın, uzuclaşmasından itirdiyimdən əlavə bir də üstünə hər aya görə faiz gəlirdi. Ona görə də məcbur olub elə 555 manatdan ödəməli oldum. Hələ bizə müqavilə təqdim olunanda bankın məsul şəxsi müqavilənin üzərinə qələmlə yazıb ki, 100 dollar – 78 manat. Çox cəhdlər etdim ki, krediti köhnə məzənnədə qaytarım amma alınmadı”.​

ELMAN RÜSTƏMOV: “KREDİT HANSI VALYUTA İLƏ GÖTÜRÜLBSƏ…”
Deputat Vahid Əhmədov manatın devalvasiyasından sonra vətəndaşların, eləcə də bankların üzləşdikləri problemlərlə bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmova suallar verib. Dünən - aprelin 1-də Mərkəzi Bankın sədrinin Milli Məclisin iqtisadi siyasət komitəsində çıxışı zamanı Vahid Əhmədov bildirib ki, manatın ucuzlaşmasından həm vətəndaşlar, həm də banklar itirib. Bununla bağlı Mərkəzi Bank həll yolları axtarmalıdır:

“Vətəndaşlar krediti 1 dollar 0.78 AZN olanda götürüblər. İndi 1 dollar 1.05 AZN-dir. Başqa sözlə, vətəndaşlar dollarla götürdükləri kreditə görə, hardasa 35 faiz çox vəsait ödəməlidirlər. Bu da düzgün deyil. Çünki kredit hansı məzənnə ilə götürülübsə, o məzənnədə də qaytarılmalıdır. Müqavilədə məzənnə ilə bağlı fors - major hallar nəzərdə tutulmayıbsa, heç bir bank yeni məzənnə ilə kreditlərin qaytarılmasını tələb edə bilməz. Elman Rüstəmov bildirdi ki, kredit hansı valyuta ilə götürülübsə həmin valyuta ilə də qaytarılmalıdır. Amma banklar vətəndaşlara güzəşt etməlidirlər. Faizi aşağı salmalıdır və ya kredit müddətini vətəndaşların xeyrinə uzatlamalıdır”.

YOXSA, KREDİT FAİZLƏRİ ARTA BİLƏR…
Vahid Əhmədov Elman Rüstəmova manatın devalvasiyasından sonra bankların üzləşdiyi problemlərlə də bağlı sual verib. Bildirib ki, bəzi banklar kapital çatışmazlığı, maliyyə problemləri yaşayır. Elman Rüstəmov banklarla fərdidanışıqların aparıldığını, vəziyyəti çətin olan banklara Mərkəzi Bankın müəyyən yardımlar edəcəyini bildirib.

Vahid Əhmədov vurğulayır ki, banklarda yaranmış problemlərin qarşısı vaxtında alınmasa, ölkədə kredit faizləri arta bilər. Bundan isə bütünlükdə vətəndaşlar itirəcək.

Mülki Məcəllənin 439.7-ci maddəsində göstərilir ki, ödənişlər kredit müqaviləsi bağlanan günə olan rəsmi məzənnə ilə edilməlidir.
Belədə isə banklar ziyana düşürlər. Ona görə hələlik Azərbaycanda Banklarla onların müştəriləri arasında çəkişmələr davam edir. Bəzi banklar tezliklə Mərkəzi Bankın məsələyə müdaxiləsi gözlədiklərini deyirlər.

XS
SM
MD
LG