Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:56

Azərbaycana sanksiya qoymağa çağırırlar


Arxiv fotosu
Arxiv fotosu

.

"Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti təşkilatlarına görünməmiş hücumlara cavab olaraq ən güclü tədbirlər görülsün”. Bu çağırışla aprelin 13-də 35 ölkədən 280 təşkilat çıxış edib. Məktub Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT- EITI) İdarə Heyətinə göndərilib. Qurum aprelin 14-15-də növbəti iclasında Azərbaycanın MSŞT öhdəliklərini necə yerinə yetirməsinə baxacaq.

Məktub “Publish What You Pay” (“Ödədiyini dərc et”) koalisiyasının saytında dərc olunub. Bu qlobal koalisiya mədən sənayesi sektorunda şəffaflıq və hesabatlılıq uğrunda mübarizə aparır.

Koalisiya MSŞT İdarə Heyətini çağırır ki, qurumda azad və müstəqil vətəndaş cəmiyyətinin iştirakını qorusun.

Mədən Sənayesində Şəffaflıq təşkilatının loqosu
Mədən Sənayesində Şəffaflıq təşkilatının loqosu

DAVAMLI PİSLƏŞMƏ

MSŞT təbii sərvətlərlə zəngin ölkələrdə açıq ictimai debatlar vasitəsilə daha yaxşı idarəçilik məqsədilə yaradılmış beynəlxalq koalisiyadır. Bu koalisiyanın qaydaları fundamental azadlıqlara hörmət tələb edir. Hazırda MSŞT 48 enerjiylə zəngin ölkəni əhatə edir.

Məktubda qeyd olunur ki, vətəndaş cəmiyyətinin azad və fəal iştirakı MSŞT-nin məhəkdaşıdır:

“Azərbaycandakı durum İdarə Heyətinin tələbləri və MSŞT prinsipləri üçün bir sınaqdır. Bu ölkədə MSŞT prosesində iştirak edən müstəqil vətəndaş cəmiyyəti üçün şərtlər 2014-cü ilin fevralından davamlı olaraq pisləşir. Belə ki, hökumət vətəndaş cəmiyyəti təşkilatlarına qarşı sərt qanunvericilik dəyişiklərini tətbiq edib. Vətəndaş cəmiyyətinə sərt təzyiqlər bu qurumların MSŞT prosesində iştirakını ciddi əngəlləyib”.

Bu narahatlıq MSŞT-da müzakirələrə səbəb olub və Azərbaycana fakt-araşdırıcı missiya göndərilib. MSŞT İdarə Heyəti hökuməti çağırıb ki, MSŞT prinsiplərinə sadiqliyini təsdiqləsin.

QURUMUN NÜFUZU SINAĞA ÇƏKİLİR

“Son altı ayda müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının durumu daha da pisləşib. Hökumət qanunları daha məhdudlaşdırıb, MSŞT ilə işləyən bir sıra qruplar bağlanmağa məcbur olub, yaxud həmkarlarımdan bəziləri qorxudulub və nəticədə ölkəni tərk edib,” bunu MSŞT İdarə Heyətinin üzvü olan Qubad İbadoğlu deyir.

“Azərbaycan MSŞT-nın etibarını, nüfuzunu sınağa çəkir. Bütün dünyadan vətəndaş cəmiyyəti fəalları qurumu izləyir və bizdən güclü addımlar gözləyir. MSŞT-nin əsas prinsiplərini qorumaq qurumun borcudur. Belə bir mesaj göndərilməlidir ki, vətəndaş cəmiyyətinin MSŞT-da səmərəli iştirakına məhdudiyyətlərə dözüm göstərilməyəcək,” bunu “Publish What You Pay” koalisiyasının direktoru və MSŞT İdarə Heyətinin üzvü Marinke Van Riet deyir.

Bu ilin martında yayılmış məlumata görə, MSŞT qiymətləndiriciləri Azərbaycanda işlərini yekunlaşdırıblar və ilkin rəylərini Azərbaycanın Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Koalisiyasının üzvləri ilə bölüşüblər. Ancaq Koalisiyanın bəzi üzvləri həmin ilkin rəydən narazı qalıb, hazırlanan hesabatda vətəndaş cəmiyyətinin durumu, ölkədəki son ictimai-siyasi problemlərin əks olunmadığını bildirib.

Azərbaycan rəsmilərindən hələlik bu tənqidlərə rəsmi reaksiya yoxdur. Amma ölkə rəhbərliyi bu mövzudakı çıxışlarında Azərbaycanda vətəndaş cəmiyyəti qurumlarına hər hansı təzyiq olmadığını, əksinə, Bakıda bu yay keçiriləcək Avropa Oyunları ərəfəsində ölkənin əsassız tənqidlərə məruz qaldığını deyirlər.

XS
SM
MD
LG