Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:38

Xədicə İsmayıl PEN Amerika Mərkəzinin nüfuzlu mükafatına layiq görülüb [video]


Xədicə İsmayıl PEN Amerika Mərkəzinin mükafatına layiq görülüb
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Nyu-Yorkda mükafatın təqdimolunma mərasimi

-

Həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayıl PEN Amerika Mərkəzinin söz azadlığı ilə bağlı nüfuzlu mükafatına - PEN/Barbara Goldsmith mükafatına layiq görülüb.

Mayın 5-də Nyu-Yorkda mükafatın təqdimolunma mərasimi keçirilib.

Mükafatın verilməsi Azadlıq Radiosunun əməkdaşı X.İsmayılın həbsdə olduğu 6-cı aya təsadüf edir.

Jurnalist bildirir ki, yüksək vəzifəli məmurlar arasında korrupsiyanı ifşa etdiyi üçün hakimiyyət ondan qisas alır.

“PEN/Barbara Goldsmith” illik mükafatdır, həbsdə olan yazarlara verilir.

X.İsmayıl son aylarda Azərbaycanda cinayət məsuliyyətə cəlb edilmiş 100-ə yaxın mülki cəmiyyət fəalından biridir.

Onu ötən ilin dekabrında həmkarını intihar həddinə çatdırma ittihamı ilə həbs ediblər.

Onu jurnalist Tural Mustafayevin şikayəti əsasında tutublar. Amma o sonradan şikayət ərizəsini geri götürməsi ilə bağlı prokurorluğa müraciət edib.

Bu arada hüquq-mühafizə orqanları X.İsmayıla qarşı vergidən yayınma, mənimsəmə kimi ittihamlar irəli sürüblər.

X.İsmayıl ittihamları rədd edir. O, bunu prezident İlham Əliyevin ailə biznesini araşdırması ilə əlaqələndirir.

“X.İsmayıla qarşı ittihamlar saxtadır – uydurulub və absurddur” – deyə Azadlıq Radiosunun Azərbaycan xidmətinin direktoru Kənan Əliyev mayın 4-də ABŞ-ın BMT-dəki nümayəndəliyindəki mətbuat azadlığına dair tədbirdə çıxış edərkən bildirib:

“X.İsmayılın həbsindən az əvvəl prezident aparatının ən yüksək vəzifəli rəsmisi onu ABŞ-a casusluq etməkdə suçlayıb.

Xədicənin yeganə günahı korrupsiyanı araşdırmasıdır.

Xədicə ona görə həbsdədir ki, Azərbaycan hakimiyyəti istədiyi adamı susdurmaq gücündə olduğunu düşünür”.

Hələ ki X.İsmayılın məhkəməsi olmayıb. Məhkəmə öncəsi onun həbs müddəti iki dəfə uzadılıb.

X.İsmayılın həbsinidən 6 ay ötür.
X.İsmayılın həbsinidən 6 ay ötür.

ABŞ-ın BMT-dəki nümayəndəliyindəki mətbuat azadlığına dair tədbir, 4 may
ABŞ-ın BMT-dəki nümayəndəliyindəki mətbuat azadlığına dair tədbir, 4 may

ABŞ-ın BMT-dəki nümayəndəliyindəki mətbuat azadlığına dair tədbir, 4 may
ABŞ-ın BMT-dəki nümayəndəliyindəki mətbuat azadlığına dair tədbir, 4 may

XS
SM
MD
LG