Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:06

AzadlıqLive - Azərbaycan sammiti gərginlikdə saxladı

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə

17:51 18.5.2015

102 yaşında elmlər doktoru adını aldı

İngeborg Rapoport 102 yaşında elmlər doktoru adını alıb. O, doktorluq disserttasiyasını 77 il əvvəl - 25 yaşı olanda Hamburq Universitetinə təqdim edib. Wall Street Journal qəzeti yazır ki, onun dissertasiya mövzusu çox aktual idi - mövzu difteriya və infeksion xəstəliklər olub. O vaxtlar ABŞ-da və Avropada bu xəstəliklərdən çoxlu uşaq ölürdü. Ancaq Almaniyada artıq 5 il idi ki, nasistlər hakimiyyətə gəlmişdi. Rapoport protestant olsa da, onun anası yəhudi idi və bununla da onun doktorluq dissertasiyasını müdafiə etməsi müşkülə çevrildi.

17:57 18.5.2015

Atəşgahdan Avropa Oyunları məşəli yandırılan gün Suraxanı sakinləri üçün "çox yaddaqalan" olub

Avropa Oyunları ilə bağlı Atəşgahdan götürülən od indi məşəl kimi ölkənin bütün bölgələrini gəzir.

Aprelin 26-da Atəşgahdan odun götürülməsi mərasimi isə Suraxanı sakinləri üçün çox “yaddaqalan” olub. Məşəl mərasimi ilə bağlı həmin gün məbədin yaxınlığında yaşayan adamlara evlərindən çıxmağa imkan verilməyibmiş. Sakinlər deyir ki, səhər saat 8-dən axşam 12-yə qədər hər həyətdə iki polis olub:

“Həmin gün işdən gəlirdim, çoxlu polislər vardı. Məni evimə getməyə qoymurdular. Dedim “ay oğul, prezidentə Atəşgah da qurban, siz də qurban. Evimə getməyə imkan vermirsənsə, onda evimi gətir bura”. Dedi “xala, nə qəliz danışırsız?” Dedim “prezident hələ iki saatdan sonra gələcək, məni evimə qoymursuz. Bəs mən burda oturub qalım?” Nə isə, çox danışdılar, sonra məni evimə buraxdılar”.

“Polislər həmin gün səhər saat 8-dən gəldilər, axşam saat 12-yə qədər bizi evdən bayıra çıxmağa qoymadılar. Hər həyətə iki polis qoymuşdular. Burdan ora qədər yekə, xarici maşınlar vardı. Məşəli götürüb gedənə qədər həyətdən bayıra addım atmadıq”. AzadlıqLive-da

21:25 18.5.2015

BAKIDA KÜÇƏLƏRƏ QRAFFİTİ ÇƏKİLİR

Avropa Oyunlarından qabaq Bakıda divara şəkil çəkmək qadağan idi. Avropa Oyunlarına görə isə qraffitini hökümətin öz çəkməyə başlayıb. Qaldırıcı kran, rəssam gətirib, divarlara, körpülərə qraffiti çəkirlər.

Davamı

XS
SM
MD
LG