Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:52

Cannes Festivalında qadınlara qadağa


-

Fransada davam edən Cannes Festivalında hündürdaban ayaqqabı geyinməyən qadınları "Carol" filminin premyerasına buraxmayıblar.

Aktrisa Emily Blunt bu haqda xəbərdən çox məyus olduğunu bildirib. Hələ də qadın-kişi bərabərsizliyinin mövcud olduğunu söyləyib.

Maraqlıdır ki, Cannes festivalı bu il gender bərabərliyini öz devizi edib. Festival məxsusi olaraq qadın rejissorun filmi ilə açılıb.

“Karol” filminin özü isə lesbiyanlardan bəhs edir, univermaqda satıcı işləyən gənc qızın özündən yaşca böyük qadına aşiq olması haqdadır.

Rolları Cate Blanchett və Rooney Mara ifa ediblər. (rej: Todd Haynes)

Cannes-ın sözçüsü Christine Aime deyib ki, festival əməkdaşları tamaşaçıları premyeraya buraxmamaqla yanlış hərəkət ediblər.

Amma o xatırladıb ki, festivalın öz geyim qaydaları var:

Kişilər qara ayaqqabı, qadınlar isə dabanlı ayaqqabı geyinməlidirlər. Dabanın nə qədər hündür olması ilə bağlı qayda isə mövcud deyil. Festival əməkdaşları bu qaydalara əməl etməyənlərə irad tuta bilərlər.

XS
SM
MD
LG