TeliaSonera İsveç prokuorluğuna müraciət edib
İsveçin telekomunikasiya şirkəti TeliaSonera 2008-ci ildə Azərcell şirkətinin üçdə bir hissəsinin satılıb-alınması ilə bağlı iddialardan sonra İsveç prokurorluğuna müraciət edib. Bunu İsveç mediası bildirir.
TeliaSonera məlumatların azlığına görə polisə yox, prokurorluğa müraciət etdiyini deyir.
Araşdırmaçı televiziya proqramı Uppdrag Granskning-ə danışan Telia Sonera rəhbəri Johan Dennelind deyib ki, o, şirkətin payını almaq üçün təxminən 590 milyon ABŞ dollarının "Azərbaycanda yerli tərəfdaşa niyə verildiyini" bilmir,Telecompaper saytı xəbər verir.
İsveç televiziyası və Şərqi Avropa ilə Mərkəzi Asiya ölkələrinin araşdırmaçı jurnalistlərini bir araya gətirən OCCRP qrupunun birgə araşdırmasında iddia edilir ki, TeliaSonera Azərbaycanda "prezident ailəsi ilə razılığa gələrək 790 milyon ABŞ dolları dəyərində hökumət aktivlərinin mənimsənilməsinə" kömək edib.
İsveçdə bir qrup media qurumunun çərşənbə günü birgə dərc etdirdiyi və TeliaSoneranın daxilindən əldə etdikləri sənədlərə əsasən apardıqlarını dedikləri araşdırmaya görə, şirkət hakim ailəyə yardım əvəzində Azərbaycanda işləmək üçün lisenziya və icazə alıb.
Araşdırmada iddia olunur ki, mənimsənilmə Azərcellin TeliaSonera tərəfdaşı tərəfindən özəlləşdirilməsi zamanı baş tutub. Bu tərəfdaşın prezident ailəsinə yaxın olduğu iddia edilir. TeliaSonera bu tərəfdaşı “hakimiyyətə yaxın” adlandıraraq razılaşmanın qanunsuz olduğunu inkar etmir.
TeliaSonera-nın vitse prezidenti sərmayəçilərə email göndərərək bildirib ki, şirkətin Azərbaycanda əməliyyatları şirkətin əvvəlki rəhbərliyinin əldə etdiyi razılaşmanın nəticəsidir və hazırkı rəhbərlik bu sövdələşmədə "iştirak etməyib".
Mayın 29-da AzadlıqLive-da:
Qanunsuz, ancaq bahalı villaların söküntüsü dayanıbmı? Özünü öldürdüyü iddia olunan əsgər telefon mesajında nə yazıb? Ermənistanda kəndin suyunu baş nazirin qohumlarının balıq hovuzlarına çəkib, aparıblar...
Prezidentin kürəkəni mümkün ayrılıqdan danışır
Emin Ağalarov deyib ki, İlham Əliyev sadəcə onun qayınatasıdır və "bu da əbədi olmaya bilər".
Emin Ağalarov Britaniyanın Channel 5 televizuiyasına müsahibə verib. O deyib ki, Leyla Əliyeva ilə evliliyi əbədi olmaya bilər. Bu haqda BBC-nin Azərbaycan xidməti məlumat yayıb.
Orduda əsgərin müəmmalı ölümü
Orduda intihar edən 25 yaşlı Səməd Miriyev ölümündən qabaq qardaşına yazdığı telefon mesajı AzadlıqRadiosundadır. Mesajda Səməd, öz yazdığına görə, onu öldürəcək şəxslərin soyadlarını sadalayır. AzadlıqLive-da