Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:49

AzadlıqLive-Leyla Əliyeva: "Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb"

AzadliqLiveTV-də mayın 27-də bu və digər mövzuları müzakirə edirik

14:05 25.5.2015

AXCP-çı gəncə 7 il həbs cəzası istədilər

Elvin Abdullayev
Elvin Abdullayev

Mayın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP fəalı Elvin Abdullayevə qarşı keçirilən prosesdə prokuror ona 7 il həbs cəzası istəyib.

AzadlıqRadiosunun müxbiri bildirir ki, müttəhimin vəkili hal şahidlərinin məhkəməyə çağırılması və digər vəsatətlər versə də, məhkəmə bunları təmin etməyib.

Proses mayın 27-də müdafiə tərəfin çıxışı ilə davam edəcək.

Elvin Abdullayev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddələrin satış məqsədilə əldə edilməsi, saxlanması və s.) maddəsi ilə ittiham olunur.

Elvin Abdullayevin partiyadaşları, yaxınları onun həbsini siyasi fəaliyyəti ilə izah edirlər.

14:07 25.5.2015

AzadlıqLive 25 may tarixində öz işinə başalayır.

Günün maraqlı hadisə, xəbər və videolarını burdan izləyə bilərsiz.

15:14 25.5.2015

Ermənistanda da "Talana son" aksiyası olacaq

"Talana son" aksiyasına çağırış, 23 may, Yerevan
"Talana son" aksiyasına çağırış, 23 may, Yerevan

Ermənistanda bir qrup ictimai fəal "Talana son" aksiyası keçirmək təşəbbüsü ilə çıxış edib.

Onlar işıq pulunun qaldırılması planlarına etiraz olaraq iki saatlıq tətil təşəbbüsü elan ediblər. Bundan başqa tərəfdarlarını mayın 25-də işığı 2 saatlığına söndürməyə səsləyiblər.

Bildirdiklərinə görə, təşəbbüsü xeyli vətəndaş və bir neçə aparıcı media orqanı dəstəkləyir.

Rusiyanın «Интер РАО ЕЭС» şirkətinə aid olan «Электрические сети Армении» qurumu Ermənistan hökumətinə müraciət edərək ziyanla işlədiyi üçün enerji tariflərini təxminən 40 faiz qaldırmağı təklif edib:

Gündüz tarifini 1 kVt. s üçün 41,85 dramdan 58,93 drama, gecə tarifini isə 31,85 dramdan 48,93 drama.

Gələn ay dövlət komissiyası təklifə baxmalıdır.

15:56 25.5.2015

Ilham Əliyev Tikinti Məcəlləsini sərtləşdirir

Ilham Əliyev
Ilham Əliyev

Prezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklərin tətbiqi ilə bağlı fərman verib. Tapşırıq verib ki, tikintiyə icazənin, xüsusi nişanın forma və məzmunu onunla razılaşdırılaraq üç ay müddətində təsdiq edilsin.Bu barədə AzadlıqRadiosu AzərTAC-a istinadla xəbər verir.

Prezidentin təqdiqlədiyi Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklərdə deyirlir ki, “İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.”

Bir neçə gün əvvəl Bakıda bina üzlüyünün alışmasından törəyən və 15 nəfərin həyatına son qoyan yanğından sonra prezident ümumilikdə, tikinti qaydalarının pozulmasına görə məmurları tənqid etmişdi.

Davamı

XS
SM
MD
LG