Prezidentin qəzəbli səsi (İnfoqrafika) #AzadliqLiveTV http://t.co/nEp1H4FlTN
— AzadliqRadiosu (@RadioAzadliq) 25.5.2015
Lavrovla Məmmədyarov Qarabağ məsələsini müzakirə edirlər
“Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın xarici siyasətində əsas məsələlərdən biridir”.
APA-nın məlumatına görə, bunu mayın 25-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra bildirib.
O, Moskvanın hər iki tərəf üçün məqbul olan razılaşmanın əldə olunması yönündə səylərə dəstək verməkdə davam edəcəyini qeyd edib: “Münaqişənin çox uzandığını heç kəs inkar etmir. Razılaşma üçün real baza var və bunu hamı etiraf edir. İndi bu qarşılıqlı anlaşmanı konkret məzmuna çevrmək lazımdır”-deyə o vurğulayıb.
Elmar Məmmədyarov isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbin notlara şərik olduğunu bildirib: “Problem var və onu həll etmək lazımdır. Bunun vaxtı çoxdan yetişib”.
Abutalıbov Milli Şuraya mitinqi başqa günə keçirməyi təklif edir
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Demokratik Qüvvələrin Milli Şurasına Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mayın 30-da mitinq keçirməyə icazə verib.
ŞİH-dən APA-ya verilən məlumata görə, təşkilatçılarından xahiş olunur ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsasən ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət edilsin.
Həmçinin, gələcəkdə planlaşdırılan mitinqlərin şənbə günlərinə təyin olunması məqsədəuyğun olduğu bir daha qeyd olunub.
Milli Şura mitinqini mayın 31-də - bazar günü keçirmək üçün müraciət etmişdi. Son aylarda mitinqlər "Talana son" şüarı ilə keçirilir.