Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:18

AzadlıqLive-Leyla Əliyeva: "Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb"

AzadliqLiveTV-də mayın 27-də bu və digər mövzuları müzakirə edirik

17:36 27.5.2015

Piriyevin vəkili: "Kreditlərə görə, 20-30 nəfər həbsdədir"

Azərbaycan Beynəlxalq Bankına kreditlərin ödənilməməsi haqqında iş üzrə 20-30 nəfər həbs edilib. . Bu barədə Turan agentliyinə və “Amerikanın Səsi” radiosuna müsahibəsində iki oliqarxın - Azmeco şirkətinin rəhbəri Nizami Piriyevin və Beynəlxalq Bankın Dubaydakı nümayəndəsi Adil Hüseynovun vəkil Kamandar Nəsibov bildirib. Vəkil deyib ki, "təcrübəmdə ilk dəfədir ki, borcluların fırıldaqçılıqda ittiham edildiyini görürəm". Onun izahına görə, heç kim borcu girovsuz vermir. Əgər borcu qaytarmırlarsa, bu girovu hərracda satmaq olar.

19:11 27.5.2015

İlqar Məmmədov Zakir Qaralova müraciət edir

Real hərəkatının lideri İlqar Məmmədov baş prokuror Zakir Qaralova mürcaiət edib ki, Nəsimi rayonu məhkəməsinin və Appelyasiya məhkəməsinin bəzi hakimlərinin ədalətsiz qərar çıxarmaları ilə bağlı Məhkəmə-Hüquq Şürasına baş prokuror təqdimat versin. İlqar Məmmədov həmin hakimlərin Cinayət Məcəlləsinin 295-ci maddəsi ( qəsdən ədalətsiz qərar çıxarma) ilə cinayət törətdiyini bildirir.

Davamı

XS
SM
MD
LG