Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:17

AzadlıqLive-Leyla Əliyeva: "Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb"

AzadliqLiveTV-də mayın 27-də bu və digər mövzuları müzakirə edirik

13:01 29.5.2015

Idman hakimiyyəti hərisliyi?

ABŞ-ın CNN televiziyası «Avropa Oyunları Azərbaycanın idman hakimiyyəti hərisliyinə xidmət edir» başlıqlı yazı dərc edib. Müəlliflər Ollie Williams və Amanda Davies yazırlar ki,« Azərbaycan üçün bu Oyunlara ev sahibliyi etmək ölkənin qlobal səhnəyə yenidən təqdim olunması kimi böyük bir planın vacib bir hissəsidir». Yazıda Avropa Oyunlarına 10 milyard dollar vəsait xərcləndiyi bildirilir. Qeyd edək ki, prezident İlham Əliyev bu yaxınlarda bir müsahibəsində bu oyunlara bir neçə yüz milyonun sərf olunduğunu, digər rəqəmlərin şişirdildiyini deyirdi.

13:06 29.5.2015

Johannes Hann: "Azərbaycana təzyiq elə də böyük deyil"

“Bizim Azərbaycana göstərdiyimiz təzyiq elə də böyük deyil. Ancaq bu, heç də bizim Azərbaycana təsir göstərmək cəhdlərindən imtina etməyimiz anlamına gəlmir”. Bunu Avropa Birliyinin Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Johannes Hahn mayın 28-də Brüsseldə Konrad Adenauer Stiftung (KAS) forumunda deyib. Forum mayın 21-22-də Riqada keçirilən AB Şərq Tərəfdaşlığı sammitinin yekunlarına həsr olunub.

Johannes Hahn həmin sözləri Azərbaycanda insan haqlarının durumuna dair danışarkən dilə gətirib:“Məsələ həmişə nə dərəcədə uğur qazanmaqdadır. Bir şeyi deyə bilərəm ki, Azərbaycan prezidenti İlham Əliyev və ölkənin digər məsul təmsilçiləri ilə qapalı görüşlərimdə bu məsələni (insan haqları məsələsini –red.) qaldırmışam və AB ilə Azərbaycan arasında bəzi fikir ayrılıqları var.

13:47 29.5.2015

Ukraynalı deputat, müğənni "Gəl, ey şəhər" mahnısını oxuyur

Ukrayna Ali Radasının Radikal partiyadan deputatı, estarda ulduzu Zlata Oqnevich Polad Bülbüloğlunun "Gəl, ey şəhər" (sözləri Fikrət Qocanındır) mahnısını ifa edib.

Oqnevich 2013-cü ildə Ukraynanı "Eurovision"da təmsil edirdi.

14:22 29.5.2015

Nizami Piriyev mətbuata açıqlama verir

AzMeCo şirkətinin Direktorlar Şürasının Sədri Nizami Piriyev mətbuata açıqlama verib. “Rəhbəri olduğum Azərbaycan Metanol Zavodunun tikintisi və fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kredit vəsaitləri üzrə ödəmələrin gecikdirdiyim üçün başlanmış cinayət işi üzrə 08 may 2015-ci il tarixdə həbs edilmişdim.

İstintaq dövründə kredit borclarımın bir hissəsini ödəmişəm, eləcə də, kredit borclarımın digər hissəsinin ödənilməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankı ilə razılıq əldə etmişəm. Ona görə də haqqımda seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə müraciətimə müvafiq qaydada Bakı şəhəri Nərimanov rayon məhkəməsində baxılaraq barəmdə seçilmiş həbs qəti imkan tədbiri 28 may 2015-ci il tarixli qərarla ləğv edildi.

Hal-hazırda Azərbaycan Metanol Zavodunun işinə rəhbərlik etməkdə davam edirəm. "

Davamı

XS
SM
MD
LG