Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:23

AzadliqLive - Zlatan İbrahimoviç Qafqaz dağlarında- 2 foto

AzadliqLiveTV-də iyunun 5-də bu və digər mövzuları müzakirə edirik

12:47 5.6.2015

Manat yaxın bir neçə ayda

«Bizim Yol» qəzeti qarşıdakı aylarda manatın ucuzlaşıb-ucuzlaşmayacağı haqqında iqtisadçıların fikirlərini dərc edib. İqtisadçı Samir Əliyev bildirib ki, neftin indiki qiyməti manata qısamüddətli güvənlik verir. Böyük ehtimalla seçkilərə qədər 1 dollar 1.03-1.06 manat çərçivəsində saxlanacaq. " İqtisadçı Rövşən Ağayev isə deyib ki, yaxın dövrdə manatın sabitliyinə təhlükələr var: 1) Neftin qiyməti yenidən 50-55 dollara və daha aşağı düşür, aşağı qiymət səviyyəsi ən azı 5-6 ay davam edir;2) Artıq dollara tələbat yaradacaq likvid manat kütləsi demək olar ki, yoxdur. Bundan sonra siyasi və iqtisadi səbəblərdən zəngin ailələrin və oliqarx kapitalı ətrafında formalaşan iqtisadi qrupların əmlaklarını (avtomobil, mənzil, zinət əşyaları, müəssisə və s.) valyutaya çevirib ölkədən çıxarmaq istəməsi valyutaya tələbin yeni dalğasını formalaşdıra bilər. AzadlıqLive-da

14:22 5.6.2015

"Azərbaycanda hansısa media orqanına prezident və ailəsi haqqında yazmaq qadağan olunsa"..

Prezidentin köməkçisi Əli Həsənov 50-dən çox media , sayt rəhbəri ilə görüşdə deyib: "Bunları idarə edən qərb dövlətlərində öz liderləri ilə bağlı belə saytlara, profillərə rast gələrsiniz? Böyük Britaniya kral ailəsi ilə məhkəmə çəkişməsində uduzan “Guardian” qəzetinə kral ailəsi haqqında yazı yazmaq qadağan olunub. Təsəvvür edin ki, Azərbaycanda hansısa media orqanına prezident və ailəsi haqqında yazmaq qadağan olunsa, nə baş verərdi, bu, necə qiymətləndirilərdi?BMT-nin İnsan hüquqları üzrə nümayəndəsini, ATƏT rəsmilərini belə Azərbaycana qarşı ikili standartlarla çıxış etməyə vadar edirlər. Qərbin demokratiyası budursa, bizə belə demokratiya lazım deyil."

15:34 5.6.2015

Yeməkdə israfçılıq

16:10 5.6.2015

İpoteka:İlkin ödənişi 30-60 faizə qaldırıblar

Azərbaycanda ipoteka krediti üzrə ilkin ödəniş faizi 15-20 %-dən, 30-60 %-ə qədər artıb.Bu artım demək olar ki, bütün banklarda müşahidə olunur.Bank respublikanın ipoteka kreditləri üzrə mütəxəssisi banka müştəri kimi zəng edən AzadlıqRadiosunun müxbirinə bildirib ki, artım "krizislə bağlıdır":"İpoteka krediti götürmək üçün alınacaq mənzilin 60-faizi ilkin ödəniş kimi verilməli. Bank yalnız yerdə qalan 40 faizlə bağlı yardım edə bilər".Digər banklarda artım nə qədərdir? İpoteka Fondu bu bazarı necə tənzimləyir? İpotekanın verilməsi şərtlərində daha hansı dəyişikliklər olub?Bu və digər sualların cavabı AzadlıqLive-da

Davamı

XS
SM
MD
LG