Keçid linkləri

2025, 06 Aprel, bazar, Bakı vaxtı 11:59

«Bakı və bakılılar» dördüncü dəfə oxucularla görüşəcək


Kitab 200 nüsxə tirajla çap olunub.
Kitab 200 nüsxə tirajla çap olunub.

-

Azərbaycanın xalq yazıçısı və Bakı tarixinin bilicisi Qılman İlkinin «Bakı və bakılılar» kitabının dördüncü nəşri işıq üzü görüb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, dördüncü nəşrin redaktoru yazıçının oğlu Ayaz Musayevdir.

Kitab 200 nüsxə tirajla çap olunub.

«Bakı və bakılılar»da Qılman İlkin doğma şəhər və onun qədim tarixi haqqında ətraflı bilgi verib.

Kitabda Bakı milyonçuları və ziyalılar, ruhanilər, qoçular və hamballar, Bakı mətbuatı, təhsil və maarifin yayılması, xanlıqlardan tutmuş bu günədək şəhərin mənzərəsi ustalıqla təsvir edilib.

Oxunaqlı dillə yazılan əsəri qədim fotolar bəzəyir.

Yaxın günlərdə kitabın təqdimatı keçiriləcək.

XS
SM
MD
LG