“Məni döydülər, qollarımı, ayaqlarımı qandalladılar. İnsana yaraşmayan bütün hərəkətləri etdilər”.
Keçmiş məhbus Orxan Eyyubzadə sonradan saxlandığı Baki İstintaq Təcridxanasında da ağır işgəncə metodlarından – qolları qandallayıb başı suya salmağa qədər müxtəlif üsullardan istifadə edildiyini söyləyir. Onun sözlərinə görə, əgər məhbuslar şikayət etsə, daha ağır cəza ilə cəzalandırıla bilər.
Rayon maşınlarının Bakıya buraxılması sual altındadır
“Bu qadağa həm də insan haqları baxımından doğru sayılmaz”.Qeyri-Bakı qeydiyyatlı maşınların paytaxta buraxılıb-buraxılmayacağı hələ ki sual altındadır
Həccə get, ancaq orda jurnalistlik eləmə!
Qafqaz Müsəlmanları İdarəsi: "Azərbaycandan gedəcək zəvvarların jurnalist fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulacaq".QMİ bildirir ki, bu qadağa Səudiyyə Ərəbistanı Həcc Nazirliyindən gəlir. Təhlükəsizliklə bağlı Həcc zamanı hər hansı KİV-in çəkiliş aparmasına məhdudiyyət qoyulub.
Tale Heydərovun klubundan FİFA-ya şıkayət
Ukraynalı baş məşqçi Roman Grigorçukun gəlişindən sonra “Qəbələ”dən çıxarılan rumıniyalı hücumçu Andrey Kristea Qafqazinfo-ya deyib: ““Qəbələ”nin mənə borcu var. Ümid edirəm ki, onlar bu pulu verəcəklər. Məbləği açıqlamaq istəmirəm, çünki bu sirdir. Düşünürəm ki, məsələ çox böyüməyəcək. Amma pulumu almayacağım təqdirdə sözsüz ki, FİFA-ya müraciət edəcəm”.