"Qərb Azərbaycana güzəşt tanımır"
Yeni Müsavat: «Belə təəssürat yarandı ki, bu boyda məsuliyyətin altına girib də böyük bir idman yarışına uğurla, bir çoxlarının gözləmədiyi şəkildə, həm də Avropa tarixində ilk dəfə ev sahibliyi edən Azərbaycana Qərb, Avropa nədənsə heç bir güzəşt tanımaq istəmir, idmana da geosiyasi maraqlar prizmasından baxır, insan haqları mövzusuna müvəqqəti moratorium da qoymağa hazırlaşmır.
Əliyevlərin Bakıdakı otelləri
OCCRP-nin yeni araşdırması: "prezidentin qızları Leyla və Arzu Əliyevalar Bakıda 5 dənə beşulduzlu otelə ya birbaşa sahibdir, ya da dolayısı ilə bağlıdır."
Yunanıstan bankları 6 günlüyə bağlandı
Yunanıstanın baş naziri Alexis Tsipras elan edib ki, ölkə bankları növbəti altı iş günü ərzində bağlı qalacaq, banklardan pul çıxarılmasını əngəlləmək üçün kapital nəzarəti tətbiq olunacaq.
Beynəlxalq kreditorlar ölkənin borcu üçün vaxtı uzatmayıb. Qoyulmuş vaxt iyunun 30-da bitir. Tsipras iyunun 26-da qəfildən elan edib ki, ölkəyə borc verilməsinin şərtlərinə dair referendum keçiriləcək. Bundan sonra yunanlar banklardan və ATM-lərdən pullarını çıxarmağa başlayıblar.