Kredit amnistisiyası ola bilərmi?
Alınmış kreditlərin bağışlanması ideyasını bir müddət öncə, prezident seçkilərində Demokratik Qüvvələrin Milli Şuranın namizədi Cəmil Həsənli tərəfindən irəli sürülmüşdü. C.Həsənli 5000 manatadək bank krediti olan şəxslərin borclarının silinəcəyinə söz verirdi. Ekspertlər indi cəmiyyətdə dolaşan
“borcların bağışlanması” məsələsinin hakimiyyət texnoloqları tərəfindən ortaya atıldığını, bir müddət sonra unudulacağını deyirlər.
Oyunlar vaxtı haştag müharibəsi
Guardian:«Oyunlar qabağı #HelloBaku, #Baku2015, #EuropeanGames və #RealBaku haştaqları əsl döyüş səhnəsini xatırladırdı. Hökumətin təşkil etdiyi kampaniya iştirakçıları elə hey söhbəti idmana gətirməyə çalışırdı. «Topsy» sosial medianı izləmə saytına görə, oyunların ən populyar haştaqları #HelloBaku,#Baku2015 və #RealBaku olub».
Xəbər proqramında yarıçılpaq aparıcı reytinq rekordu vurur
Albaniyada yeni yayımlanmağa başlayan “Zjarr Tv”də “360 dərəcə” adlı Xəbərlər proqramı reytinq rekordu vurur. Bütün ideya aparıcının geryimindədir.
Müdafiə naziri: "əsgərimiz piti yeyir"
Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günündə ATV-yə müsahibəsində deyib: "Əvvəllər əsgərlər istəyirdi ki, ön cəbhədən ikinci xəttə keçsinlər, indi isə müraciət edirlər ki, onları ön xəttə göndərək. Tam məsuliyyətlə deyirəm ki, ordumuz torpaqlarımızı azad etməyə qadirdir".Nazir əsgərlərin yeməyinə də toxunub: "Bizim əsgər Azərbaycan xörəklərini yeyir,Azərbaycanın dolmasını, kiftəsini, bozbaşını, pitisini yeyir".