Azad Rəhimov: "Açılış və bağlanışa 100 milyon manat ayrılmışdı"
"Avropa Oyunların açılış vә bağlanış mәrasimi üçün büdcәdә 100 milyon manat nәzәrdә tutulmuşdu". Gәnclәr vә idman naziri Azad Rәhimov əlavə edib ki, ancaq bundan az xərclənib.Nazir qeyd edib ki, Oyunların ümumi büdcəsi 960 milyon manat olub: "Biz büdcәdәn 1 manat da kәnara çıxmamışıq".
Avropa Oyunlarından Azərbaycanın qazancı
İdman şərhçisi Səbuhi Musayev lap əvvəldən Azərbaycan komandasını ilk beşlikdə gördüyünü deyir: “Çünki burda rəqabət dünya arenası ilə müqayisədə daha zəif idi. Ona görə ilk beşliyə düşə bilərdik. Belə də oldu. Bəlkə heç kim yığmamızın ikinci yeri tutacağını gözləmirdi. Sırf idman baxımından bu, böyük nəticə oldu. Ən böyük qazancımız isə o oldu ki, idman infrastrukturu quruldu. Su İdmanı hovuzu, Milli Gimnastika Arenası, Olimpiya Stadionu tikildi. Yeni-yeni idman növləri yarandı. Məsələn, tratlionun Azərbaycanda əsası qoyuldu. Üzgüçülük yenidən dirçəlməyə başlayacaq”.
Kreditlərin bağışlanacağı ağlabatan deyil
Ölkədə kredit təşkilatlarına borcu olanların sayı 2 milyon 414 min 122 nəfərdir. Bunların 2 milyon 381 min 592 nəfəri və ya 98.6 faizi fiziki şəxslər, yəni şirkət qurmadan sahibkarlıqla məşğul olanlar, ya da kiçik istehlak kreditləri götürən vətəndaşlardır. Başqa sözlə, Azərbaycanda böyüklü-kiçikli hər 100 nəfərdən 25-i bankdan kredit götürüb. Bundan əlavə, 1.1 milyon nəfər
də var ki, onlar kredit götürən şəxslərə zamin durublar ki, işdir qaytarmaqda çətinlikləri olsa, məsuliyyəti onlar daşıyacaq. Ekspertlər kredit amnistiyasına inanmırlar.
İyunun 29-da AzadlıqLive-da radioda bu mövzuları müzakirə etdik:
Kredit amnistiyası ideyası hardan gəlir?
Əliyevlərin Bakıdakı otelləri – Mütəşəkkil Cinayətlərin və Korrupsiyanın Araşdırılması layihəsinin yeni araşdırması
Yerevanda aksiya davam edir
İdmançılara 8 milyon manat mükafat veriləcək
Azərbaycan yığmasının 43 faizi legoinerlər idi-mililəşdirilmiş xaricilər çox deyilmi?
Nəfəs LGBT Azərbaycan Alyansı deputat Fazil Mustafadan homoseksuallarla bağlı “nifrət çağırışları”nı dayandırmağı tələb edir.Deputatın cavabı