Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 09:09

Kredit borcları silinir?


Arxiv fotosu
Arxiv fotosu

-

Cəmiyyətdə Avropa Oyunlarından sonra prezident İlham Əliyevin vətəndaşlara sürpriz hazırlığı haqda şayiələr dolaşmaqdadır.

Artıq fikirlər bir məsələ üzərində cəmləşib: banklara olan borclar bağışlanacaq.

Məsələyə cəmiyyətdə ekspert kimi tanınan ciddi şəxslər də münasibət bildirməkdən çəkinmirlər.

Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin mayın 1-nə olan məlumatına görə, ölkədə kredit təşkilatlarına borcu olanların sayı 2 milyon 414 min 122 nəfərdir.

Bunların 2 milyon 381 min 592 nəfəri və ya 98.6 faizi fiziki şəxslər, yəni şirkət qurmadan sahibkarlıqla məşğul olanlar, ya da kiçik istehlak kreditləri götürən vətəndaşlardır.

Başqa sözlə, Azərbaycanda böyüklü-kiçikli hər 100 nəfərdən 25-i bankdan kredit götürüb.

Bundan əlavə, 1.1 milyon nəfər də var ki, onlar kredit götürən şəxslərə zamin durublar ki, işdir qaytarmaqda çətinlikləri olsa, məsuliyyəti onlar daşıyacaq.

PİS MESAJ...

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov məsələyə birmənalı yanaşmır.

Onun fikrincə, məbləğindən asılı olmayaraq vətəndaşların kommersiya banklarına kredit borclarının dövlət tərəfindən ödənilməsi dövlət üçün əlavə xərcdir.

Yəni, o, bu məsələnin məhz borcların bağışlanması tərzində həll olunacağına inanmır.

Belə bir addım, bəzi ölkələrin təcrübəsinə uyğun olaraq, kredit vermiş bankların özləri tərəfindən atıla bilər.

Digər tərəfdən, onun fikrincə, bu, çox neqativ bir mesaj ola bilər:

Vüqar Bayramov
Vüqar Bayramov

«Borcların bağışlanması kredit götürənlərin əksəriyyətində «yenidən borcumu siləcəklər» arxayinçılığı yarada bilər ki, bu da bank sektorunda problemli kreditlərin həcmini kəskin artıra bilər.

Borcların bağışlanması kredit götürənlərin əksəriyyətində «yenidən borcumu siləcəklər» arxayinçılığı yarada bilər ki, bu da bank sektorunda problemli kreditlərin həcmini kəskin artıra bilər.

Az əhəmiyyətli olmayan məsələ isə budur ki, bu addım bank kreditini qaytarmayanla götürdüyü kreditə məsuliyyətlə yanaşaraq onu vaxtlı-vaxtında qaytaran borcluya münasibətdə diskriminasiya kimi qiymətləndirilə bilər».

Bununla belə, kreditlərlə bağlı mövqe onların bağışlanması üzərində qətiləşərsə, V.Bayramov bu fikirdədir ki, bu, ucdantutma bütün kreditlərə deyil, kredit götürənin sosial statusuna uyğun olaraq fərdi qaydada ayrı-ayrı müqavilələrə şamil edilə bilər.

Bu tipli ailələrə kredit götürüləndən sonra ailə başçısını itirənlər, qəza nəticəsində əmək qabiliyyətini itirənlər və s. aid edilə bilər.

«Əslində, həmin ailələrə verilən kreditlərin banklar tərəfindən bağışlanması və ya güzəştli ödəmənin tətbiq edilməsi olduqca vacibdir.

Bu, həm də sosial korporativ məsuliyyət prinsipinə uyğundur»,- deyə İSİM sədri fikrini yekunlaşdırıb.

İDEYA MİLLİ ŞURAYA MƏXSUSDUR

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin eksperti Samir Əliyev isə bu şayiələrin ölkənin və bank sektorunun indiki heç də yaxşı olmayan iqtisadi durumunda gerçəkləşəcəyinə skeptik yanaşır.

Samir Əliyev
Samir Əliyev

«Bank sektorunda problemli kreditlərin ümumi məbləği 1.2 milyard manatı aşır.

Təxminlərə görə, bunun 1/3-i vətəndaşların payına düşür.

Banklara olan borclara görə «amnistiya» olacağını güman etmək sadəlövhlük olardı. Axı, devalvasiya həm də dövlət büdcəsini xilas edən addımlardan biri idi.

Vəziyyət manatın məlum 19 fevral devalvasiyasından sonra daha da çətinləşib.

Amma banklara olan borclara görə «amnistiya» olacağını güman etmək sadəlövhlük olardı.

Axı, devalvasiya həm də dövlət büdcəsini xilas edən addımlardan biri idi» - Samir Əliyev belə deyir.

Ekspert AzadlıqRadiosuna deyib ki, seçki ilində (bu ilin noyabrında Azərbaycanda Milli Məclisə seçkilər keçiriləcək) ortada belə bir populist fikrin dolaşması anlaşılandır, lakin reallıqdan uzaqdır.

Onun qənaətinə görə, kredit amnistiyası banklarda da xaos, çoxsaylı sui-istifadə və korrupsiya hallarına şərait yarada bilər.

Maraqlıdır ki, alınmış kreditlərin bağışlanması ideyasını bir müddət öncə, prezident seçkilərində Demokratik Qüvvələrin Milli Şuranın namizədi Cəmil Həsənli irəli sürmüşdü.

Professor C.Həsənli 5000 manatadək bank krediti olan şəxslərin borclarının silinəcəyinə söz verirdi.

Ekspertlər indi cəmiyyətdə dolaşan «borcların bağışlanması» məsələsinin hakimiyyət texnoloqları tərəfindən ortaya atıldığını, bir müddət sonra unudulacağını deyirlər.

XS
SM
MD
LG