Facebook "Ayka Namazqılanka" kimi profilləri siləcək
Facebookun "real ad" qaydasını Mark Zuckerberg yenə izah etməli olub. Bunu yazan Fortune jurnalı hesab edir ki, yenə suallar qalır. Zuckerberg yazır ki, real ad təkcə pasportda olan ad deyil. Ola bilər, dostlarınız sizi başqa adla çağırır, əgər bu, belədirsə,bu, real addır və həmin adı yazmaq olar. Ancaq qondarma adlı profillər real ad siyasətinə ziddir.
Rayon maşınları: 24:00-dan 7:00-a kimi
Rayonlardan gələn bütün növ avtomobillər Bakıya saat 24:00-dan səhər saat 7:00-a qədər buraxılacaq. Bunu APA-ya açıqlamasında Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov deyib.
32 milyardlıq bütün varını xeyriyyəyə verir
Dünyanın 34-cü ən varlı adamı, Səudiyyə Ərəbistanı şahzadəsi Alvaleed bin Talal 32 milyard dollar olan var-dövlətini xeyriyyəyə verir. 60 yaşlı milyarder deyib ki,o, Microsoft-un yaradıcısı Bill Gates-in eyni hərəkətindən ruhlanıb.Kralın qardaşı oğlu olan bin Talal deyib ki, bu pul mədəni anlşamanı yaxşılaşdırmağa, qadın haqlarına, fəlakətlərdən zərərçəkənlərə həyati köməyə istifadə oluna bilər. Bin Talal özünün xeyriyyə təşkilatına indiyə kimi 3,5 milyard dollar köçürüb.
AzadlıqLive-da radioda iyulun 2-də bu mövzuları müzakirə etdik:
Metroda kondensioner problemi Facebookda müzakirə olunur
Oyunlar vaxtı ən nüfuzlu Qərb mediasında Azərbaycanla bağlı azı 61 mənfi yazı çıxıb
42 dərəcə istidə işləmək qanunsuzdur