Oyun bitdi, qadağa isə qüvvədədir
Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, hələlik paytaxtda “Oyunlar zolağı”, yük avtomobilləri və qeyri-Bakı nömrəli avtomobillərlə bağlı qadağalar qüvvəsində qalacaq: “Nə qədər ki, müvafiq yol nişanları yerindədir, yollarda Bakı 2015 I Avropa Oyunları üçün ayrılmış sarı zolaqlarla əlaqədar qaydalar qüvvəsindədir və sürücülər bu “Oyunlar zolağı” qaydalarına əməl etməkdə davam etməlidirlər. Əks halda, qanuna müvafiq qaydada yenə cərimələnəcəklər".
Emin Milli: “Bunu hökumətin Meydan TV-nin uğurunu rəsmi qəbul etməsi kimi görürəm”
Emin Milli: Meydan TV-nin dörd əməkdaşı bu gün sərhəddə saxlanılıb. Onlara deyilib ki, Azərbaycandan kənara çıxa bilməzlər. Deyiblər ki, qadağa bu gün qəbul olunub və qüvvəyə minib. Bunlar Natiq Cavadlı, Şirin Tire Abbasov, Elnur Muxtarov və Aytən Ələkbərovadır. Onlar qadağanın səbəbini soruşanda onlara deyiblər ki, Daxili İşlər Nazirliyindən aydınlaşdırın.
İyunun 30-da AzadlıqLive radioda bu mövzuları müzakirə etdik:
Meydan TV-nin icraçı direktoru Emin Milli öz «facebook» səhifəsində yazıb ki, Meydan TV-nin əməkdaşlarına Azərbaycanın sərhədini keçməyə icazə verilməyib
Hikmət Hacızadə: “Rejimin piarına xərclənən milyardlar demokratiyaya işlədi”.
Qeyri-neft sektorundan vergilər azalıb
Yunanıstanda maliyyə böhranıdır- Financial Times yazır ki, avro qalxa da bilər, nə qədər qəribə səslənsə də.
İlham Əliyevin jesti
Avropa Oyunlarında İlham Əliyev Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyana gümüş medalı təqdim edərkən tamaşaçılar erməni idmançını fitə basıblar. Bu zaman İlham Əliyev tamaşaçılara müraciət edərək əlinin hərəkəti ilə fiti dayandırmalarını istəyib. Prezidentin bu jestindən sonra zalda əyləşən tamaşaçılar idmançını alqışlayıblar və İlham Əliyev bu davranışa görə onlara təşəkkürünü bildirib.