Sarı zolaq minik maşınlarına açıldı
Bakıda Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda iyulun 1-dən minik avtomobillərinin hərəkətinə icazə verilir. BDYPİ həmçinin bildirilib ki, Bakıda Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda yük avtomobillərinin hərəkəti qadağandır və həmin zolaqda hərəkət edən avtomobillər 40 manat cərimə olunacaq.
Tale Heydərovun klubundan FİFA-ya şıkayət
Ukraynalı baş məşqçi Roman Grigorçukun gəlişindən sonra “Qəbələ”dən çıxarılan rumıniyalı hücumçu Andrey Kristea Qafqazinfo-ya deyib: ““Qəbələ”nin mənə borcu var. Ümid edirəm ki, onlar bu pulu verəcəklər. Məbləği açıqlamaq istəmirəm, çünki bu sirdir. Düşünürəm ki, məsələ çox böyüməyəcək. Amma pulumu almayacağım təqdirdə sözsüz ki, FİFA-ya müraciət edəcəm”.
Həccə get, ancaq orda jurnalistlik eləmə!
Qafqaz Müsəlmanları İdarəsi: "Azərbaycandan gedəcək zəvvarların jurnalist fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulacaq".QMİ bildirir ki, bu qadağa Səudiyyə Ərəbistanı Həcc Nazirliyindən gəlir. Təhlükəsizliklə bağlı Həcc zamanı hər hansı KİV-in çəkiliş aparmasına məhdudiyyət qoyulub.
Rayon maşınlarının Bakıya buraxılması sual altındadır
“Bu qadağa həm də insan haqları baxımından doğru sayılmaz”.Qeyri-Bakı qeydiyyatlı maşınların paytaxta buraxılıb-buraxılmayacağı hələ ki sual altındadır