Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:35

Rayon maşınları Bakıya buraxılsın, ya yox?


-

«Belə bir qərar düzgün deyil, axı. Bakı mərkəzdir, bütün regionlardan buraya gəlirlər. Necə məhdudiyyət qoyula bilər?

Əvvəlcə regionlarda iş yeri açsınlar. İş yeri olsa, kim gələr ki?! Hamı işsizliyin dərdindən, üstəlik, təmiz su və havanı qoyub buraya gəlir».

Gözlə

No media source currently available

0:00 0:00:26 0:00
Direct-ə keçid

Arif Həsənov Bakıya bölgədən gəlir. Deyir, 3 il olar, qazancı paytaxtdan çıxır. Bakıya hər gün şəxsi avtomobilində gəlməyə məcburdur. Avropa Oyunlarına görə, paytaxta qeydiyyatı olmayan maşınlar buraxılmadığından, o da bu qadağaya tabe olub. Beləcə,bir aydır ki, qazancından məhrum qalıb. İndi – biraylıq aradan sonra, bu gün – iyulun 1-də yenə qazanc dalıyca Bakıya üz tutub.

AQİBƏTİ SUALLI QALAN MAŞINLAR

I Avropa Oyunları başa çatınca, Dövlət Yol Polisi avtomobil yollarındakı bəzi qadağaları aradan qaldırıb. Mayın 29-dan bəri Avropa Oyunları zolağına icazəsiz giriş qadağalarını gözə çarpdıran yol nişanları sökülür. İyulun 1-dən bu yollar yenə minik maşınları və ictimai nəqliyyatın sərəncamındadır. Düzdür, istisna da var: sözügedən zolaqlar yük avtomobillərinin üzünə qapadılıb. Həmin yollara çıxan yük maşınları indən belə də 40 manat cərimələnəcək.

Qeyri-Bakı qeydiyyatlı nəqliyyat vasitələrinə gəlincə, onların da aqibəti suallı qalır. Bölgə maşınlarının və yük avtomobillərinin gündüz çağı paytaxta buraxılmasına qoyulan məhdudiyyətlər bundan sonra da davam edə bilər. Baş Dövlət Yol Polisi İdarəsinin açıqlamasına görə, bu məhdudiyyətlərlə əlaqədar hazırda Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasında müzakirələr aparılır.

«Bakı sakinlərinin çoxsaylı müraciətini nəzərə almaq, eləcə də paytaxtda nəqliyyat sıxlığını minimuma endirmək üçün zəruri tədbirlərə ehtiyac var. Bu səbəbdən hazırda Komissiyada uyğun müzakirələr gedir» - Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev belə deyir.

İriqabaritli avtomobillərin paytaxta girişinə tam qadağa qoyula bilər.
İriqabaritli avtomobillərin paytaxta girişinə tam qadağa qoyula bilər.

«BİR NEÇƏ DƏYİŞİKLİK VƏ YENİLİK GÖZLƏNİR»

Şöbə rəisi onu da bildirir ki, adıçəkilən Komissiyada Bakıda yol hərəkəti qaydalarına və nəqliyyat sisteminə bəzi dəyişikliklər edilməsi və yeniliklər gətirilməsi də müzakirə olunur.

Məsələn, operativ nəqliyyat vasitələrinə ayrıca zolaq müəyyənləşdirilə bilər. Təkcə «Oyunlar zolağı» olanlarda deyil, digər yollarda da belə zolaqların yaradılması mümkündür. Nəqliyyat problemlərini çözəcək bəzi yenilik və dəyişikliklər barədə müvafiq qərar qəbul olunacağı da istisna edilmir. İriqabaritli avtomobillərin paytaxta girişinə tam qadağa qoyula bilər. Yüklərin daşınma və paylanmasını gecələr həyata keçirmək olar. Bəzi kommunal təsərrüfatlara aid nəqliyyat vasitələrinin gecə yalnız saatlarında xidmət etməsinə icazə verilə bilər. Ehtiyaca görə ayrı-ayrı yerlərdə ictimai nəqliyyat vasitələrinin sayca artırılması, avtomobillərin ətraf mühitə vurduğu zərərin gözardı edilməməsi və s. də diqqətə alınacaq.

QAYDA-QANUN İŞLƏSƏ….

Tətbiq olunan qadağalar Bakı yollarında bir ay daha problemsiz, nisbətən tıxacsız hərəkətə imkan verib. Bu baxımdan sürücülər də müəyyən dəyişiklikləri qaçılmazsayırlar. Amma onlar bir düşüncələrini də AzadlıqRadiosuna bölüşürlər ki, «qayda-qanuna əməl olunsa, elə günü bu gün hər şey yoluna düşər».

Bölgə qeydiyyatlı maşınlarla bağlı durumu isə sürücülər belə qiymətləndirirlər:

Gözlə

No media source currently available

0:00 0:00:53 0:00
Direct-ə keçid

- Düzdür, qadağanın faydası var, amma bu insanlar da meyvə-tərəvəz gətirməli, bazara gəlməlidirlər, axı. Bəs bunu niyə düşünmürlər?

- Rayondan gələn buraya çörək dalınca gəlir. Çörəyini orada versinlər, o da gəlməsin də...

- Məhdudiyyət davam etsə, burda bahalıq olacaq və rayondakılar əkib-becərdiklərini buraya gətirə bilməyəcəklər...

«20 Yanvar» dairəsi boşalıb.
«20 Yanvar» dairəsi boşalıb.

- Çox yaxşı qanunlarımız işləsə, şəhərdə sıxlıq aradan qaldırılacaq. Məsələn, şəhərin dörd tərəfinə də yazıb vurublar ki, gündüz vaxtı yük maşınlarının girişi qadağandır... Amma baxın maşınlara, buna əməl olunur? Elə bircə onları yığışdırsalar, vəziyyət düzələr. Bir sözlə, qanunlar işləsə, hər şey yaxşı olar...

Sözügedən məsələlərlə bağlı hökumət bir neçə günə qərarını açıqlayacaq. Hər halda belə deyilir. Məsələ yalnız sürücülər arasında deyil, sosial şəbəkələrdə də müzakirə edilir. Deputat Fazil Mustafa «facebook» səhifəsində yazır ki, hökumət bu qadağanı qüvvədə saxlarsa, öz komfortunu düşünən və Bakıda daimi qeydiyyatda olan əhali razı qalar, amma:

«Nəzərə almalıyıq ki, ölkənin bütün infrastrukturu Bakı ilə bağlıdır və təəssüf ki, vaxtında bu şəhərin məskunlaşma yükünü azalda bilmədik. İndi rayonda yaşayan və çörəkpulu Bakıdakı işindən, çalışmasından çıxan on minlərlə insanın vəziyyəti necə olacaq? Hamımız tıxac probleminin həllindən yanayıq, ancaq bunu vətəndaşın çiləsi hesabına etməzlər ki?!... Rayon nömrəli maşın sahibinin öz evinə aparacağı çörəkpulunun bizə hansısa aidiyyəti yoxdurmu? Onların da normal yaşamasını bizlər istəmirikmi? Məncə, daha ağlabatan yollar tapılmalıdır. Avropa Oyunlarına görə hamı anlayışla davrandı, bir ay bunun tətbiqi üçün hamı fədakarlıq etdi. İndi isə bunun davam etməsi insan haqları baxımından da doğru sayılmaz».

XS
SM
MD
LG