Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 11:21

"Belə könüllülük - korrupsiyadır"


2008-ci ildə ABŞ-da prezident seçkilərində namizəd Hillary Clinton-un kampaniyasında könüllü olmuş Bəxtiyar Hacıyevin sözlərinə görə, ABŞ-da da könüllülərə təhsil güzəştləri edilir.

-

- Sovet illərində də könüllülük var idimi?

- “Bizi "könüllü" şəkildə mitinqlərdə iştiraka aparırdılar. "Könüllü" şəkildə Brejnev üçün bayraq yelləməyə aparırdılar...

Bakı Dövlət Universitetinin keçmiş professoru, tarixçi alim, müxalif ReAL Hərəkatının İdarə Heyətinin üzvü Altay Göyüşov SSRİ dövrünü belə xatırlayır, Avropa Oyunlarında tələbə könüllülərdən bu şəkildə istifadəni Sovet ənənəsinə bənzədir və deyir ki, bu, korrupsiya sayıla bilər.

“5 sual öyrənin i fso”

Bakı Dövlət Universitetində Avropa Oyunlarında könüllü kimi çalışmış tələbələrə yay semestr imtahanlarında güzəşt tətbiq olunub. Onlar başqaları kimi yazılı yox, şifahi imtahan verəcəklər.

Avropa Oyunlarında könüllülər
Avropa Oyunlarında könüllülər

AzadlıqRadiosunun müxbirinin araşdırmasına görə isə, tələbələrə deyilib ki, Avropa Oyunlarında işlədikləri üçün bir neçə sual öyrənsələr kifayətdir, imtahandan keçə biləcəklər: “5 sual öyrənin i fso” tələbələrdən biri Facebook da yazıb.

Könüllü, yoxsa könülsüz?

Altay Göyüşov
Altay Göyüşov

Altay Göyüşov AzadlıqRadiosuna deyir ki, BDU-nun rəhbərliyinin bu addımı doğru deyil:

- Əlbəttə ki, bu, əcaib haldır. Çünki bu artıq könüllülük deyil. Könüllülük anlayışının baza prinsiplərinə ziddir. Çünki könüllülük təmənnasız olur. İkinci və daha vacib olanı isə odur ki, bu, BDU-dakı təhsil standartlarını və prinsiplərə necə yanaşıldığını göstərir.

Təsəvvür edin ki, sabah da deyəcəklər ki, seçkidə filankəsə səs verin, sizi imtahanlardan azad edəcəyik. Zorla könüllülük bütün avtoritar, totalitar rejimlərə xasdır.

Dərinə gedəndə bunun adı korrupsiyadır. Təsəvvür edin ki, sabah da deyəcəklər ki, seçkidə filankəsə səs verin, sizi imtahanlardan azad edəcəyik. Zorla könüllülük bütün avtoritar, totalitar rejimlərə xasdır”.

Hillary Clinton üçün könüllü

2008-ci ildə ABŞ-da prezident seçkilərində namizəd Hillary Clinton –un kampaniyasında könüllü olmuş Bəxtiyar Hacıyev deyir ki, bu işdən heç bir maddi fayda götürməyib, ona qalan təcrübə, yeni tanışlıqlar olub. Bəxtiyar Hacıyev BDU haqda deyir: “Əgər tələbələr bu işə zorla cəlb olunmayıblarsa, bu, könüllülükdür”.

Hərçənd bu ilin martında AzadlıqRadiosuna danışan universitet tələbəsi bildirmişdi ki, dekanlıq tələbələrə yay təcrübəsinin məcburi olaraq Avropa Oyunlarında iştirakla əvəzləndiyini deyib.

Moldova -- ABŞ səfiri William Moser Sülh Korpusunun könüllüləri ilə, 25 iyun 2013.
Moldova -- ABŞ səfiri William Moser Sülh Korpusunun könüllüləri ilə, 25 iyun 2013.

Bəxtiyar Hacıyevin sözlərinə görə, ABŞ-da da könüllülərə təhsil güzəştləri edilir. Məsələn, Sülh Korpusu Könüllüsü əgər inkişaf etməkdə olan hansısa ölkədə bir müddət xidmət göstəribsə, onun “Harvard” kimi universitetə qəbul olunmaq şansı yüksəlir, çünki universitet hesab edir ki, bu insan artıq fərqli dəyərlərə sahibdir.

Könüllülük xoşbəxt edir...

Könüllülük ümumi mənada mənfəət güdmədən, icmanın, insanlığın xeyri naminə əməyini sərf etməkdir.

Azərbaycanda könüllülük anlayışı nisbətən yenidir.

Müstəqillikdən sonra daha çox Qərbdən gələn ənənələr Sovet hakimiyyəti illərindən “bütün təşəbbüslər dövlətdən gəlməlidir” kimi vətəndaş təşəbbüslərini stimullaşdırmayan prinsipləri əvəzləməyə başladı. Müstəqillik dövrünün ilk könüllüləri Qarabağ döyüşlərinə yollanan gənclər oldu.

Bəzi elmi araşdırmalara görə könüllülük insanda xoşbəxtlik hissini artırır.

Rəhman Bədəlov
Rəhman Bədəlov

Professor Rəhman Bədəlov isə deyir ki, bütün hallarda könüllülük anlayışının Azərbaycanda yayılması çox yaxşıdır: “Avropa Oyunlarında bəyənmədiyim bir sıra cəhətlər var idi. Bu Oyunların ən yaxşı cəhəti könüllülərin cəlb olunması idi”.

Bəs London Yay Olimpiya Oyunları?

“Avropa Oyunlarında bəyənmədiyim bir sıra cəhətlər var idi. Bu Oyunların ən yaxşı cəhəti könüllülərin cəlb olunması idi”.

2012-ci il London Yay Olimpiya Oyunlarında 70 min könüllü (Avropa Oyunlarında 20 mnə yaxın könüllü işləyib) iştirak edib.

"The Independent" qəzeti onlardan bir neçəsindən müsahibə alıb. 31 yaşlı Stefania Giordani oyunları işıqlandıran 21 min media işçisinin bir qismini pulsuz masaj edib, deyir işi ağır olsa da, könlü açılıb: “Bu, möhtəşəm, əvəzsiz bir təcrübə, belə böyük tədbirə yardım etmək şansı idi. Mənim üçün bu çox çox böyük hadisədir”.

Bakı könüllüləri isə müsahibə vermirlər.

Avropa Oyunlarının könüllüləri jurnalistlərə deyiblər ki, onlar açıqlama verə bilməzlər, videonəzarət altındadırlar.

XS
SM
MD
LG